İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaporojye AES-də müəmmalı partlayış oldu

698 01.03.2024 22:03 Dünya A A

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) ekspertləri fevralın 28-də Zaporojye Atom Elektrik Stansiyasının (ZNPP) ərazisində partlayış və atışma səslərini eşitdiklərini bildiriblər.

Musavat.com xəbər verir ki, bu barədə Agentliyin saytında yerləşdirilən açıqlamada məlumat yer alıb: "Çərşənbə günü səhər tezdən ekspertlər stansiyadan bir qədər aralıda partlayış səsi eşidiblər, bunun ardınca stansiyanın yaxınlığında və ya üzərində atıcı silahlardan atəş səsləri eşidilib. Zaporojye Atom Elektrik Stansiyasının nümayəndələri MAQATE ekspertlərinə bildiriblər ki, Rusiya qoşunları stansiyadan bir qədər uzaqda partlayış səsi eşidiblər. Onlar ərazidə "zavodu dronlardan qoruyublar", lakin AES-in özü hücuma məruz qalmayıb, heç bir tələfat olmayıb".

Məlumata görə, ruslar baş verənlərlə bağlı ətraflı məlumat verməyiblər: “MAQATE ekspertləri bu əraziyə daxil olmaq istəyiblər, lakin yoxlanması lazım ola biləcək hər hansı ziyanın olmadığı və bu ərazinin zavodun nəzarətindən kənarda olduğu bildirilib”.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR