İnsanlara hürriyət, millətlərə istiqlal!

"Zalsburq"un baş məşqçisi: "Bu səddi mütləq keçmək istəyirik"

1360 18.07.2014 17:20 İdman A A
Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın potensial rəqibi olan "Zalsburq" klubunun baş məşqçisi Adi Hütter püşkü dəyərləndirib.

Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan 43 yaşlı mütəxəssis bu mərhələni mütləq keçmək istədiklərini deyib: 
    
"Hazırda mümkün rəqiblərimiz haqda çox şey deyə bilmərəm. Ancaq tezliklə onlarla maraqlanıb, lazımi məlumatlar toplamalıyıq. Biz bu səddi mütləq keçmək istəyirik. Bunun üçün oyunlara yaxşı köklənib, ciddi hazırlaşacağıq".

Qeyd edək ki, "Qarabağ" "Valletta" səddini keçəcəyi təqdirdə ÇL-in III təsinat mərhələsində məhz "Zalsburq"la qarşılaşacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR