Zakir Qaralov Xızıda vətəndaşları qəbul edəcək
Azərbaycanın baş prokuroru Zakir Qaralov Sumqayıt şəhəri, Xızı, Abşeron, Qubadlı və Zəngilan rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Baş Prokurorluğun mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, qəbul yanvarın 29-da saat 11:00-da Xızı rayon prokurorluğunun inzibati binasında baş tutacaq.
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Xızı şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.






