İnsanlara hürriyət, millətlərə istiqlal!

Zakir Həsənov şəhid qardaşının şikayəti ilə bağlı tapşırıq verib, araşdırma aparılır

2359 15.09.2022 11:56 Son xəbər A A


Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində baş verən döyüş toqquşmasında şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Әhmәdov Sәbuhi Fuad oğlunun qardaşı Sənan Əhmədovla sentyabrın 15-də Müdafiə Nazirliyində görüş təşkil edilib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.

"Vətəndaş Sənan Əhmədovla onu narahat edən mövzu ilə bağlı ətraflı söhbət aparılıb.

Qeyd edək ki, müdafiə nazirinin tapşırığına əsasən, hazırda məsələ ilə bağlı tərəfimizdən araşdırma aparılır.

İctimaiyyətə əlavə məlumat veriləcək", - nazirlikdən qeyd edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR