İnsanlara hürriyət, millətlərə istiqlal!

​Zakir Həsənov Moskvada "Beynəlxalq Ordu Oyunları -2016"nın bağlanış mərasimində iştirak edir

980 13.08.2016 18:42 Ölkə A A
Azərbaycanın müdafiə naziri Zakir Həsənov Moskvanın Alabino paliqonunda keçirilən "Beynəlxalq Ordu Oyunları -2016"nın bağlanış mərasimində iştirak edir.

"Report" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Mətbuat Xidməti və İnformasiya İdarəsinin məlumatında bildirilir.

" "Tank biatlonu"nun final estafeti və oyunların bağlanış mərasiminə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Ermənistanın müdafiə naziri Seyran Ohanyan, Belarus Müdafiə Nazirliyinin rəhbəri general-leytenant Andrey Ravkov və onun müavini general-mayor Sergey Potapenko, Qazaxıstanın müdafiə idarəsinin rəhbəri İmanqali Tasmaqambetov və onun müavini general-mayor Talqat Muxtarov, Serbiyanın müdafiə naziri Zoran Corceviç və Serbiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Lübişa Dikoviç gəlib", - deyə məlumatda qeyd olunub.
Səfər Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə baş tutub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR