İnsanlara hürriyət, millətlərə istiqlal!

Zakir Həsənov: "Mənim əsas vəzifəm Ordunu müharibəyə hazırlaşdırmaqdır"

3497 18.06.2019 10:26 Son xəbər A A

"Müdafiə nazirinin əsas vəzifəsi Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanın tapşırıqlarını orduda icra etmək və Ordunu müharibəyə hazırlaşdırmaqdır".

APA-nın xəbərinə görə, bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.

Nazir bildirib ki, Azərbaycan Ordusunun balansında olan hərbi təyyarələr təkmilləşdirilir və onlar döyüş tapşırıqlarını icra etməyə qadirdir: "Ordunun helikopter meydançaları yenilənib və müasir silahlarla təchiz edilib. Ordumuzun helikopterləri uzaq məsafədən hədəfləri vurmağa qadirdir".
Z. Həsənov qeyd edib ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin təkmilləşdirilməsi istiqamətində də işlər aparılır, texniki məsələlər həll olunur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR