İnsanlara hürriyət, millətlərə istiqlal!

Zakir Həsənov hərbi şəhərciklərdə aparılan əsaslı tikinti işlərinin gedişatı ilə tanış olub

2841 14.02.2015 19:12 Ölkə A A

Müdafiə Nazirliyindən verilən məlumata görə, Z. Həsənov və N. Sadıkov əvvəlcə hərbi şəhərciklərdən birinin ərazisində qısa müddətdə yeni tikilərək istifadəyə verilən müasir tipli qazanxana və geniş sıra meydanı ilə tanış olublar. Burada inşası davam etdirilən yeməkxana, əsgər yataqxanası və başqa inzibati obyektlərdə də işlərin tez bir zamanda sona çatdırılması gözlənilir.
 
Yeni salınan digər hərbi şəhərciyə baş çəkən Müdafiə naziri ərazinin perspektiv tikinti-quruculuq planına baxıb, inşa işlərini aparan heyətə müvafiq tapşırıq və tövsiyələrini verib.
 
Hərbi şəhərciklərdə zəruri infrastrukturla yanaşı müasir tələblərə cavab verən, bütün məişət şəraiti ilə təmin edilmiş, həmçinin ailəli hərbi qulluqçuların ehtiyacları da nəzərə alınmaqla geniş mənzillər, eləcə də gizirlər üçün yataqxana kompleksi də inşa edilir.
 
Bu hərbi şəhərciklərdə işlərin 2015-ci ilin yay ayları ərzində başa çatdırılması planlaşdırılır.


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR