“Çox şey danışmaq olar, amma dediyin sözün arxasında imkanın da olmalıdır. Mənim fikrimcə, hərbçilər söz güləşdirməklə məşğul olmamalıdırlar. David Tonayan hərbçi deyil. Yəqin onun rəhbərlik etdiyi ordunun imkanlarından xəbəri yoxdur”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov AzTV-yə müsahibəsində Ermənistanın müdafiə naziri David Tonayanın bəyanatına münasibət bildirərkən deyib.
Z.Həsənov vurğulayıb ki, Azərbaycanın Ordusu da, isqtisadiyyatı da, nüfuzu da günü-gündən güclənir: “Ermənistanda isə mif çöküb və xalqı yenidən hansısa vasitə ilə ruhlandırmağa çalışırlar. Ermənistan xalqı ölkədən qaçır, çünki ölkənin iqtisadiyyatı çöküb. Xalq küçələrə çıxır. Biz hər gün Ermənistanda nələr baş verdiyini televiziya vasitəsilə görürük”.






