İnsanlara hürriyət, millətlərə istiqlal!

YÜZƏ YAXIN İNSAN HƏR AN UÇQUNUN ALTINDA QALA BİLƏR

741 29.09.2010 05:23 Ölkə A A
Şəmsi Bədəlbəyli 61 ünvanında yaşayan beşdən çox ailə deyir ki, onlara heç bir kompensasiya ödənilməyib. Buna görə də onlar heç yerə gedə bilmirlər. Hər gün söküntü nəticəsində yolları tutulan sakinlər qorxu içində yaşayırlar. Onlar bildirirlər ki, evlərinə bitişik divarlar buldozerlə şumlanır. Divarlar köhnə olduğundan hər an faciə baş verə bilər.
Həmçinin Şəmsi Bədəlbəyli 13, dalanı ünvanında da 6 ailə evini tərk etməyəcəyini deyir. Onlara da heç bir kompensasiya ödənilməyib. Onlar da hər kvadratmetrə 1500 manatın az olduğunu deyirlər.
Şəmsi Bədəlbəyli 59 ünvanında yaşayan Zivər adlı xanım insanların zorla evlərindən çıxarılmasının qanunsuz olduğunu bildirdi: “Buradakı bütün ev və mağazaların hər kvadratmetrinə dövlət tərəfindən 4 min manat kompensasiya ayrılıb. Amma əksəriyyətinə hər kvadratmetrə görə 1500 manat verilib. Belə də hökumət olar? Evimizə zorla girib bizi çölə atırlar. Kim ixtiyar verib onlara? Yalandan deyirlər ki, Hacıbala Abutalıbov belə göstəriş verib. Əgər onların dedikləri kimidirsə, niyə özü bura gəlib, hər şeyi olduğu kimi görmür?”
Burada yaşayan Dilşad Məmmədova adlı sakin isə məmurlar tərəfindən evlərinin əlindən alındığını deyir.
Qeyd edək ki, dünən məhkəmə də Füzuli küçəsinin sakinlərinə qarşı özbaşınalığı dəstəkləyib. Belə ki, Nəsimi Rayon Məhkəməsi Füzuli küçəsindəki evlərin köçürülməsi ilə bağlı sakinlərin iddiasını təmin etməyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR