İnsanlara hürriyət, millətlərə istiqlal!

Yuxu keyfiyyətini artırmağın SADƏ YOLU AÇIQLANDI

872 08.04.2024 17:50 Yaşam A A

Danimarka Texniki Universitetinin alimləri yuxu keyfiyyətini artırmağın sadə yolunu açıqlayıblar.

29 insan üzərində 4 həftə araşdırma aparılıb. Bu barədə "Independent" məlumat yayıb.

Araşdırmalar zamanı insanlar fərqli havalandırma sistemlərinə malik otaqlara salınıb. Az havalandırılan otaqlarda insanların yuxu keyfiyyətinin aşağı düşdüyü aşkarlanıb.

Yaxşı havalandırılan otaqda isə yuxu keyfiyyəti xeyli artıb.

Təcrübədən sonra yaxşı havalandırma sisteminin otaqdakı karbondioksiti azaltdığı ortaya çıxıb.

Tədqiqatı aparan alimlərdən biri yataq otağındakı havanın keyfiyyətinin diqqəti toplamaq və reaksiya vermək kimi koqnitiv qabiliyyətlərə də təsir edə biləcəyini açıqlayıb.

O yaxşı havalandırılmış otaqda yatmağın idrak qabiliyyəti üçün daha faydalı olduğunu da bildirib./BAKU.WS

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR