Yunanıstanda məmurlar həbs edildi
Yunanıstanda aralarında diplomatların da olduğu 8 nəfər həbs edilib.
Avropa.info- nun Türkiyə mətbuatına istinadən məlumatına görə, həbslərə səbəb çirkli pulların yuyulması, vəzifədən sui- istifadə etmək və dələduzluqdur.
Yunan polis təşkilatı ELAS dövlətdən 9 milyon avro mənimsəyən 8 nəfər haqqında 80 səhifəlik dosyeni Afina məhkəməsinə göndərib.
Polisin açıqlamasına görə, həbs olunanlardan ikisi səfirdir və hələdə vəzifədədir. 1 nəfərin isə Xarici İşlər Nazirliyinə bağlı Beynəlxalq Əlaqələrin İnkişafı Təşkilatının keçmiş rəhbəridir.






