Yunanıstan koronavirusla ilk yoluxma halını təsdiqləyib.
Musavat.com xarici agentliklərə isitnadən xəbər verir ki, bu barədə səhiyyə naziri Sotiris Tsiotras məlumat verib. Nazirin sözlərinə görə, virusun İtaliyadan keçməsi ehtmal olunur. Hazırda orada infeksiyaya məruz qalmış 320 xəstə var.
Yoluxan Yunanıstan vətəndaşı isə Şimali İtaliyadan, məzuniyyətdən geri dönən 38 yaşlı qadındır. Nazir Tsiotras hazırda onun normal vəziyyətdə olduğunu, ekspertlərin müşahidəsi altında tutulduğunu söyləyib. Qadın hazırda Soloniki şəhərində təcrid olunmuş vəziyyətdə saxlanılır. Yunan həkimlər onun təmasda ola biləcəyi hər kəsi və yeri araşdırırlar.
Bu gün Braziliyada da koronaviruslu xəstə aşkar edilib. Bu, Cənubi Amerika qitəsində hazırda tüğyan edən epidemiya ilə bağlı ilk vaqiə sayılır.
Rusiyanın “Rospotrebnadzor” olaraq bilinən, yəni “Federal istehlakçıların hüquqlarını müdafiəsi və insan rifahının təmin edilməsinə nəzarət xidməti” isə vətəndaşlarını İtaliya, İran və Cənubi Koreyaya səyahətlərdən uzaq durmağa çağırıb.
Qurumun Moskva baş idarəsinin rəhbəri Yelena Andreyeva paytaxtda əsasən çirkli yerlərdə məskən salan siçan və siçovulların öldürülməsi və vəhşi heyvanların tutulması ilə bağlı qərar verdiklərini söyləyib. Bunda başqa hava limanlarında,xüsusilə tranzit reyslərdə fövqaladə yoxlama tədbirləri keçirilir.
“Hamı buna sakit yanaşır, çünki heç km xəstələnmək istəmir”, - deyə Yelena Andreyeva bildirib.
Musavat.com






