Yunan qaz şirkəti kimin olacaq: ARDNŞ-in, yoxsa rusların?
Qərb yunan şirkətini ARDNŞ-in almasında maraqlıdır. Bu məsələ ətrafında neçə vaxtdır Azərbaycan, Rusiya, Avropa İttifaqı, ABŞ və Yunanıstan arasında intriqalar gedir.
İntriqaları Yunanıstan baş naziri Antonias Samarasın Bakıya iki gün əvvəlki səfəri daha da artırıb. Yunan baş nazirin Bakıya səfərinin məqsədləri barədə geniş açıqlama verilməsə də, əsas məsələnin DEPA şirkətinin satışı ilə bağlı olduğuna şübhə yox idi. Göründüyü kimi, Yunanıstan baş nazirinin Bakıya səfərindən dərhal sonra “Qazprom” rəhbəri Afinaya yola düşüb. Bu il aprelin 30-da Yunanıstan xarici işlər naziri Dimitrios Avramopoulos da Bakıda səfərdə olub və tərəflər DEPA şirkətinə dair məsələni müzakirə ediblər. Həmin səfərdən az əvvəl də “Qazprom” rəhbəri Afinada olmuşdu.
Qeyd edək ki, Yunanıstan hökuməti ölkənin üzləşdiyi dərin iqtisadi böhranla bağlı bir çox dövlət müəssisələrini, o cümlədən DEPA qaz şirkətini satışa çıxarıb. Şirkətə əsas iddiaçılar Rusiyanın “Qazprom” və “Sintez” şirkətləri, habelə ARDNŞ-dir. Lakin bu, adi tender deyil və tamamilə siyasi mahiyyət daşıyır, üstəlik, Qərblə Rusiya arasında çoxyönlü enerji mübarizəsində ciddi intriqa predmetinə çevrilib.
Məsələ ondadır ki, Rusiya DEPA şirkətini alaraq Avropanın qaz bazarlarında mövqelərini daha da möhkəmləndirməyə çalışır. DEPA şirkətini alan tərəf eyni zamanda bu şirkətin nəzarətində olan qaz nəqli kəmərlərinin də mülkiyyətçisinə çevriləcək. Yunanıstan mediasının xəbərlərinə görə, hazırda DEPA üçün ən yüksək məbləği Rusiya şirkətləri təklif edir. “Sintez” şirkəti DEPA üçün 2 milyard, “Qazprom” isə 1,9 milyard təklif edib. ARDNŞ-in təklif etdiyi məbləğ bundan xeyli aşağıdır. Üstəlik, bu yaxınlarda Rusiya şirkətləri “Qazprom” və “Sintez” DEPA-nı almaq uğrunda mübarizədə ARDNŞ-ə qarşı birləşib. Bildirilir ki, məsələ “Qazprom” rəhbəri Aleksey Millerin mart ayında Afinaya səfəri zamanı müzakirə olunub. Lakin ABŞ Yunanıstan hökumətinə təzyiq edir ki, DEPA-nı “Qazprom”a satmasın. Belə olan halda ARDNŞ yeganə əsas iddiaçı kimi qalırdı.
Digər tərəfdən, Rusiya bütün mümkün rıçaqları, o cümlədən yunan hökumətinə siyasi təzyiq rıçaqlarını işə salıb və şirkətin “Qazprom”a satılmasını həll etməyə çalışır. “Qazprom” nəzərə alır ki, şirkəti ARDNŞ alsa, o zaman Azərbaycan neftinin Yunanıstan üzərindən Avropaya birbaşa nəqli üçün yeni yol açılacaq, bu da Rusiya şirkətinin Avropa bazarlarındakı inhisarçı mövqeyini zəiflədə bilər. Əgər yunan hökuməti ABŞ-ın istədiyi kimi “Qazprom”un təklif etdiyi yüksək qiyməti bir kənara qoyaraq şirkəti ARDNŞ-ə satmağa üstünlük versə, o zaman rusların necə qəzəblənəcəyini təsəvvür etmək çətin olmazdı. Enerji çevrələrindəki qaynaqlardan sızan xəbərlərə görə, hazırda yunan hökuməti buna nail olmağa çalışır ki, ARDNŞ DEPA üçün təklif etdiyi məbləği artırsın və “Qazprom”un təklifinə uyğunlaşdırsın. Əks halda, yunan hökuməti şirkəti “Qazprom”dan xeyli aşağı məbləğ təklif edən rəqibə satmasını Rusiyaya heç cür əsaslandıra bilməzdi. Yunanıstan hökuməti “Qazprom” rəhbərinin səfəri ərəfəsində bildirib ki, ABŞ və Avropa İttifaqının təzyiqlərinə baxmayaraq, DEPA ən yüksək qiymət təklif edən müştəriyə satılacaq. Belə görünür ki, ARDNŞ məsələnin iqtisadi müstəvidə deyil, siyasi müstəvidə həll olunduğunu, siyasi stavkaların onun xeyrinə olduğunu görür və məbləği artırmaq istəmir.