İnsanlara hürriyət, millətlərə istiqlal!

Yüksək Liqa və Superliqada növbəti oyunların proqramı açıqlanıb

534 04.04.2022 01:34 İdman A A

Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların başlama yeri və vaxtı dəqiqləşib.

Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, kişi voleybolçular arasında Yüksək Liqada III dövrənin son qarşılaşmaları aprelin 4-də olacaq.

XV turun ilk qarşılaşmasında “Neftçi” “Murov”u sınağa çəkəcək. Görüş saat 15:00-da başlanacaq. Saat 17:00-da “Sərhədçi” – MOİK oyunu başlanacaq. Hər iki görüş “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunacaq.

Aprelin 5-də isə qadın voleybolçular arasında Super Liqada IV dövrə oyunlarına start veriləcək. Azərbaycan Voleybol Federasiyasının idman zalında keçiriləcək X turun ilk matçı saat 16:00-da “Murov” və “Azərreyl” komandaları arasında olacaq. Bu qarşılaşmadan 2 saat sonra UNEC - “Abşeron” duelinə start veriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR