İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yoluxma şübhəsi olan məhkum və Penitensiar Xidmət əməkdaşları testdən keçirilib”- RƏSMİ

582 11.05.2020 20:40 Ölkə A A

Bir neçə gündür sosial şəbəkələrdə cəza çəkmə müəssisələrində məhkumlar arasında koronavirusa yoluxma hallarının olması ilə bağlı məlumatlar yayılıb.

Musavat.com bununla bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr İdarəsinə sorğu göndərib.

İdarədən “bu günə qədər koronavirusa yoluxma ehtimalına görə həbsxanalarda məhkumlardan, Penitensiar Xidmət əməkdaşlarından testdən keçirilən olubmu?” sorğusuna cavab olaraq bildirilib ki, yoluxma şübhəsi olanlar yoxlamadan keçirilib.

“Yoluxma şübhəsi olan həm məhkumlar, həm də Penitensiar Xidmət əməkdaşları testlərdən keçirilib”- deyə İdarədən bildirilib.

Həmçinin sorğuya cavab olaraq deyilib ki, məhkumlar və Penitensiar Xidmət əməkdaşları arasında koronovirusa yoluxma halları aşkar edilməyib.

İdarədən o da bildirlib ki, məhkəmə qərarı ilə həbs edilmiş şəxslər qanunvericiliyə uyğun müddətdə karantin otaqlarında saxlanılır: “Bu dövr ərzində onlar həm tibbi müayinədən keçirilir, həm də onlara qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələri barədə məlumat verilir. Karantin müddəti bitdikdən sonra onlar hüquqi-normativ sənədlərə uyğun qaydada yerləşdirilirlər”.

İ.Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR