İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yoluxma sayı azalıb, məktəblərin bağlanmasından söhbət gedə bilməz”- Cəsarət Valehov

873 29.09.2020 17:31 Təhsil A A

“Hazırda məktəblərin bağlanmasından söhbət gedə bilməz”.

Bu fikri Musavat.com-a açıqlamasında Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, son günlər məktəblərdə koronavirusa yoluxanların sayında azalma müşahidə edilir:

“Yoluxma sayı da azalıb, torpaqlarımızı da geri alırıq, təhsilimizi də davam edirik. Məktəblərin bağlanmasından söhbət gedə bilməz. Təhsil Nazirliyinin yaxın günlərdə məktəblərlə bağlı vacib açıqlamaları olacaq”.

Yada salaq ki, Təhsil Nazirliyindən verilən məlumata görə, sentyabrın 28-də orta məktəblərdə koronavirusa yoluxan şagirdlərin sayı 10 nəfər, virusa yoluxmuş işçi heyətinin sayı isə 1 nəfər olub.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR