İnsanlara hürriyət, millətlərə istiqlal!

Yol qəzası Balaxanını qazsız qoydu (FOTO)

929 08.10.2014 00:43 Hadisə A A
Bakının Balaxanı qəsəbəsi qazsız qalıb.

ANS PRESS-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, sərxoş sürücünün törətdiyi qəza nəticəsində Balaxanı qəsəbəsini təbii qazla təmin edən boru xətti sıradan çıxıb. 

Balaxanı qəsəbəsində yerləşən parkın qabağında baş verən qəza zamanı sərxoş sürücünün idarə etdiyi "HOWO" markalı maşın "Moskviç", VAZ 2107, VAZ 21015 markalı avtomobilləri də ciddi ziyan dəyib. 

Qəza zamanı xəsarət alan olmasa da, VAZ 21015 markalı avtomobil yararsız vəziyyətə düşüb. 

Qəsəbənin icra nümayəndəliyindən bildirilib ki, qısa müddətdə qəsəbənin qazla təhcizatı bərpa olunacaq. 





Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR