Yol polisləri göyə atəş açdılar və işdən çıxarıldılar
AzNews.az xəbər verir ki, polislər Yeni il şənliyi zamanı xidməti silahlarından havaya atəş açdıqlarına görə işdən çıxarılıblar.
Bu haqda məlumatı Dağıstan Daxili İşlər Nazirliyinin Dövlət Avtomobil Müfəttişliyinin Təbliğat şöbəsinin rəhbəri İsaməhəmməd Sultanov yayıb:
“15 polis əməkdaşı ilə yanaşı, Dövlət Avtomobil Müfəttişliyinin Maxaçqala şəhəri üzrə rəisinin və onun müavininin də işdən uzaqlaşdırılması gözlənilir”.






