İnsanlara hürriyət, millətlərə istiqlal!

Yevlaxda iki gün əvvəl Kür çayında batan uşağın meyiti tapılıb

774 08.09.2017 20:10 Ölkə A A

Yevlax rayonunda iki gün əvvəl Kür çayında batan uşağın meyiti tapılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Ferma deyilən ərazisində batmış Kəlbəcər rayon sakini, 2011-ci il təvəllüdlü Hətəmzadə Orxan Fəxrəddin oğlunun cəsədi batdığı ərazidən 35-40 kilometr kənarda Kür çayının sahilində aşkarlanıb. Meyiti ərazidən keçən sakinlər tapıb və hüquq mühafizə orqanlarına xəbər veriblər.

Yevlax Rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, tapılan cəsədin üzərindən hər hansı bir zorakılıq əlaməti müəyyən olunmayıb. Hadisə bədbəxt hadisə kimi qeydə alınıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR