İnsanlara hürriyət, millətlərə istiqlal!

Yevgeni Priqojinin və yaxınlarının dodaq uçuqladan sərvəti üzə çıxdı

1290 07.07.2023 16:30 Son xəbər A A

“Vaqner”in rəhbəri Yevgeni Priqojinin qohumlarının və yaxınlarının aktivləri ilə bağlı yeni faktlar üzə çıxıb.

Musavat.com xarici agentliklərə istnadən xəbər verir ki, bu barədə Aleksey Navalnının Korrupsiyaya Qarşı Mübarizə Fondu xüsusi araşdırma aparıb.

Məlumata əsasən, Priqojinin oğlu Yekaterina İnkina adlı bir xanımla evlidir. Həmin xanımın valideynləri də Priqojin kimi Sankt-Peterburqda restoran biznesi ilə məşğuldur.

6 il əvvəl İnkinanın atası Sergey İnkin İtaliyanın kurort şəhəri Forte-dei-Marmidə 3,5 milyon avroya villa alıb. İki mərtəbəli malikanənin sahəsi 400 kvadratmetrdir, buraya 16 sotluq torpaq sahəsi və üzgüçülük hovuzu daxildir. Bundan başqa, Priqojinin qızı Polinanın Sankt-Peterburqda tarixi malikanəsi var. Polina onu hotelə çevirmək niyyətindədir. Onun bacısı Veronika 17 yaşında şəhərdəki dördulduzlu “RedStars” hotelinin sahibinə çevrilib.

Bir neçə il əvvəl Priqojinin oğlu Pavel üçün ailə biznesi yenidən qurulmağa başlanılıb. Pavel bu dövr ərzində Sankt-Peterburqda iri tikinti layihələri həyata keçirib. Onun firmalarının il ərzində gəliri demək olar ki, 900 milyon rubl, aktivləri isə 3 milyard rubl (32 milyon 805 min ABŞ dolları) dəyərində qiymətləndirilir. Gənc biznesmen və onun anası Lyubov Priqojina həm də “Sinop” biznes mərkəzinə sahibdir. Mərkəzin torpaq sahəsi ilə birlikdə qiyməti 21 milyon 870 min dollardır. Oradakı binalar “Qazpromneft”in strukturlarına icarəyə verilib.

Priqojin ailəsinin “Severnıy Versal” elit kəndində ümumi dəyəri 1 milyard rubldan çox olan 6 evi var.

Yevgeni Priqojinin yaxınları hələ də sanksiyalar altında deyil. Müharibə başlayandan sonra onun qızları tez-tez Avropaya səyahət ediblər. Onlar atçılıq idmanı ilə məşğul olurlar, davamlı olaraq Portuqaliya, İspaniya, Niderland, Belçika, Fransa, Slovakiya, Avstriya və İtaliyada keçirilən yarışlarda iştirak edirlər. Polina Priqojinanın Almaniyada öz biznesi var idi. Məlumatlara görə, Priqojinin imperiyasının aktivləri təxminən 2 trilyon rubl (21 milyard 870 milyon dollar) təşkil edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR