İnsanlara hürriyət, millətlərə istiqlal!

Yerin altında qalan 13 şaxtaçının axtarışları dayandırıldı: Ümid yoxdur ki...

752 01.04.2024 21:57 Dünya A A

Rusiyada çökmüş qızıl mədənində yerin altında qalan 13 nəfər şaxtaçıların axtarışları dayandırılıb.

Musavat.com xəbər verir ki, bu barədə mədəni istismar edən Pokrovski Mədən ASC-nin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, iki həftə əvvəl 13 şaxtaçının şaxtada qapalı qaldığı Amur vilayətindəki “Pioner” mədənində dəfələrlə çökmə təhlükəsi və kəşfiyyat quyularından alınan məlumatlar səbəbindən xilasetmə əməliyyatı rəsmi olaraq başa çatıb: "Aprelin 1-də "Pioner" mədənində xilasetmə işlərinin dayandırılması ilə bağlı qərar qəbul edilib. Qazma nəticələri göstərdi ki, şaxtaçıların ola biləcəyi yerlərin hamısı süxur kütləsi və su ilə dolub. Əməliyyatda iştirak edən xilasedicilərin və mədən işçilərinin həyatlarına hazırda ölüm riski var. Risk qaya kütlələrinin təkrar dağılması və yeraltı mədənlərin su altında qalması ehtimalı ilə bağlıdır. Bundan başqa, ekspertlərin fikrincə, 200 min kubmetrdən çox həcmdə çuxurun çökməyəcəyinə heç bir zəmanət yoxdur”.

Qeyd edək ki, martın 18-də “Pioner” qızıl yatağında qaya kütləsi çökərək 13 nəfərin yer altında qalmasına səbəb olub.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR