HSBC bankının İrəvandakı filialında baş verən atışma nəticəsində ölənlərin sayı 2-yə çatıb.
“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə polis bildirib.
Məlumata görə, hücum zamanı yaralanan polis giziri Ara Şahgülən xəstəxanada ölüb.
****
“HSBC” bankının İrəvandakı filialında baş verən atışma nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ermənistan polisinin KİV-lə əlaqələr bölməsinin rəisi Edqar Canoyan bildirib.
****
HSBC bankının Ermənistanın paytaxtı İrəvan şəhərindəki filialında atışma baş verib.
“Report” “Sputnik”ə istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb.
“Atışma səsi eşidiləndə biz qonşu bankda idik. Səsə görə deyə bilərəm ki, atışma binanın içində baş verib”, - şahidlər bildiriblər.
Atışmanın həmçinin bankın qarəti zamanı baş verdiyi də qeyd olunur.






