İnsanlara hürriyət, millətlərə istiqlal!

Yerevan: mitinq iştirakçılarına qarşı cinayət işi qaldırılıb - (Video)

1018 06.11.2013 21:25 Dünya A A
Yerevanın mərkəzində nümayişçi ilə polis arasında noyabrın 5-də toqquşmalarla bağlı 20 nəfərin tutulub saxlanıldığı bildirilir.

Polisin İctimai Əlaqələr Şöbəsinin rəisi Aşot Aharonyanın sözlərinə görə, iğtişaşlar zamanı tutulan 38 nəfərdən 18-i istintaq əməliyyatları keçirildikdən sonra buraxılıblar.
Həbs olunan vətəndaşların heç biri xəsarət almayıb, polis bildirib. Hadisə ilə bağlı, vəzifə borcunu yerinə yetirdiyi zaman hakimiyyət nümayəndəsinə qarşı zorakılıq işlətmək maddəsi üzrə, cinayət işi qaldırılıb.

Xəstəxanalardan toplanan məlumata əsasən, hadisədən sonra tibbi yardım almaq üçün 9 nəfər müraciət edib. İki polis əməkdaşının səhhəti orta ağır kimi qiymətləndirilir: biri qafa tası-beyin travması alıb, ikincisi – iti əşya ilə ayağından yaralanıb.

Zərər çəkən polislər jurnalistlərlə təmasdan imtina ediblər. Polisin rəsmi məlumatına əsasən, 4 polis əməkdaşı stasionar müalicə alır, qeyri-rəsmi məlumatlara görə, hadisələr zamanı 8 polis xəsarət alıb.

Yerevan Azadlıq meydanında “Mən inqilab başlayıram” şüarı altında təkbaşına aksiya keçirən müxalifətçi Şant Harutyunyan noyabrın 5-də bir qrup tərəfdaşları ilə “Anonymous” maskalı yürüşə başlayanda Harutyunyanla bir neçə "mülki geyimli", onun sözlərinə görə, "provokatorlar" arasında toqquşma başlanıb.

Həmin vaxt güclü gurultu və işartı ilə müşayiət olunan partlayışlar baş verib, polislə vətəndaşlar arasında əlbəyaxa başlanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR