İnsanlara hürriyət, millətlərə istiqlal!

"Yer üzünün fotoları" müsabiqəsinin qalibləri məlum olub - Fotolar  

614 13.08.2021 14:40 Maraqlı A A

İngiltərədə keçirilən "Yer üzünün fotoları" müsabiqəsinin qalibləri müəyyən olub.

Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, festivalda Efiopiyada təhsilin bir ailənin vəziyyətini necə dəyişdirdiyini əks etdirən foto birinci yerin qalibi olub.

Rəssam Rosie Hallamın üç hissəli foto layihəsi "Təhsil hüququ" adlanır. Fotoda təhsilini davam etdirən ana Sahneç, ata Marko və məktəbə gedən Selamav əks olunur. Kənd təsərrüfatından gəlir əldə edən ailə təhsil proqramını davam etdirir.

"Təhsil həm haqq, həm də ağıllı bir sərmayədir. Təhsil həm də sosial rifahın, iqtisadi artımın və təhlükəsizliyin, gender bərabərliyinin və sülhün təməlinin qoyulması üçün vacibdir",- deyə fotoqraf bildirib.

Qeyd edək ki, "Forestry England" və "Kral Coğrafiya Cəmiyyəti" tərəfindən təşkil edilən müsabiqə ən yaxşı ekoloji vizual materialı vurğulamaq, Yer və onun sakinləri haqqında müzakirələri stimullaşdırmaq məqsədi daşıyır.

Birincilik 55 fotoşəkil və 6 kateqoriyada 4 film arasından seçilib. Müsabiqənin "Məkan" kateqoriyasında "Yosemitdəki Half Dome" və "Qış" fotoşəkili qalib olub.

Markus van Hautenin "Mavi hovuz" adlı fotosu isə "Təbiət" kateqoriyasında mükafat qazanıb.

Müsabiqənin "Dəyişən meşələr" kateqoriyasında Roberto Buenonun fotosu mükafatlandırılıb.
Müsabiqənin “Video” kateqoriyasında isə Pierpaolo Mitticanın qısametrajlı filmi qalib olub. Video müharibə, nüvə sınaqlarının insanlara və ətraf mühitə necə ziyan vurduğunu əks etdirir.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR