İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni Zelandiyanın Baş naziri BMT Təhlükəsizlik Şurasını veto hüququnu ləğv etməyə çağırıb  

711 24.09.2022 01:42 Dünya A A

Yeni Zelandiyanın baş naziri Casinda Ardern cümə günü BMT Baş Assambleyasının tribunasından BMT Təhlükəsizlik Şurasını daimi üzvləri üçün veto hüququnun ləğv olunmasına çağırıb.

"Veto aradan qaldırılmalı, daimi üzvlər sülh və təhlükəsizlik naminə öz məsuliyyətlərini yerinə yetirməli, öz milli maraqlarını güdməməlidir", - Ardern bildirib.

BMT sistemində beş daimi üzvün - Rusiya, ABŞ, Böyük Britaniya, Fransa və Çinin daxil olduğu Təhlükəsizlik Şurası sülhü qorumaq üçün fəaliyyət göstərir. Onlar dəyişməz və toxunulmazdırlar, hər birinin “veto” hüququ var ki, bu da istənilən qərarın qəbuluna mane olmağa imkan verir. Onlardan əlavə, BMT Təhlükəsizlik Şurasına hər regional dövlət qrupundan cəmi iki il müddətinə seçilən daha on ölkə daxildir.

Baş Assambleyanın tövsiyə xarakterli qətnamələrindən fərqli olaraq, həmişə yerinə yetirilməsə də, Təhlükəsizlik Şurasının aktları məcburi qüvvəyə malikdir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR