İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni Zelandiya qaçqınları qəbul etməyə hazırdır

1662 07.09.2015 17:56 Dünya A A

Yeni Zelandiya hökuməti yaxın üç il ərzində 750 Suriya qaçqınını qəbul etməyə hazırdır.

Musavat.com xəbər verir ki, bu barədə məlumat “Frans Press” xəbər agentliyində yer alıb.
Yeni Zelandiyanın miqrasiya naziri Maykl Budxaus bildirib ki, qəbul olunmuş kvota normasına görə, Suriyadan olan 150 qaçqına bu il sığınacaq veriləcək. Daha 600 yer isə sonrakı illər üçün nəzərdə tutulub.

Nazir onu da qeyd edib ki, onların təcrübəsində insanları evlə, tibbi yardımla və tərcüməçi ilə təmin etmək kimi imkanları yoxdur. Bütün bunları nəzərə almaq lazımdır.

Qeyd edək ki, ölkə üçün qəbul olunan kvota ildə 750 nəfərdir. Bu qanun 1987-ci ildə qəbul olunub.

Aygün Səfərli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR