İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni XƏBƏRDARLIQ: Dünyanı gözləyən ƏN QORXUNC təhlükə açıqlandı

1482 15.09.2022 15:25 Dünya A A

7 il əvvəl dünyanın pandemiyaya hazır olmadığını deyən Bill Qeytsdən yeni xəbərdarlıq gəldi. Qeyts dünyanı gözləyən təhlükəni “ən qorxulu şey” kimi xarakterizə etdi…

2015-ci ildə Bill Qeyts gələcəkdə dünyanın pandemiya ilə üz-üzə qalacağı barədə xəbərdarlıq etmişdi. Sonrakı illərdə onun iddiaları öz təsdiqini tapdı və dünya hələ də “COVİD-19” pandemiyası ilə mübarizə aparır. 2019-cu ilin son günlərində həyatımıza daxil olan koronavirus milyonlarla insanın həyatına son qoyub.

Musavat.com “New York Times”a istinadən xəbər verir ki, peyvəndlər vasitəsilə COVID-19-u geridə qoymağa hazırlaşdığımız, həyatımızın normallaşmağa başladığı bu günlərdə Bill Qeytsdən yeni xəbərdarlıq gəlib.

“ƏN DƏHŞƏTLİ ŞEY…”

“New York Times” qəzetinin yazarı Devid Uolles-Uellsin suallarını cavablandıran milyarder iş adamı Ukraynadakı müharibənin və qlobal iqtisadi çətinliklərin dünyanın iqlim dəyişikliyi ilə üzləşməsi problemindən diqqəti yayındırdığını açıqlayıb.

Bu vəziyyəti "ən qorxulu şey" olaraq xarakterizə edən Qeyts "gözlədiyimdən də pis bir mərhələdəyik" deyib.

Qeyd edək ki, iqlim dəyişikliyini hər fürsətdə dünya üçün ən böyük təhlükə adlandran Qeyts G20 sammitinin bəyanatında qlobal temperatur artımının 1,5 dərəcə ilə məhdudlaşdırılması vədinin real olmadığını açıqlamışdı.

Dünya əhalisinin 65 faizinin Çin və Hindistan da daxil olmaqla orta gəlirli ölkələrdə yaşadığının vurğulayan Qeyts bildirmişdi ki, dünyada tullantıların çoxu orta gəlirli ölkələrin payına düşür ki, bu da iqlimə mənfi təsir göstərir.

İŞ ADAMI HƏRƏKƏTƏ KEÇDİ

Qeyts bu yaxınlarda iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində 4 milyard dollarlıq layihəyə start verib. Nüvə enerjisi investisiya şirkəti “TerraPower” növbəti nəsil atom elektrik stansiyalarından birincisi üçün lazımi təsdiqi alıb.

O, Vayominq ştatının Kemmerer şəhərində obyekt quracağını açıqlayıb. Natrium atom elektrik stansiyası 2025-ci ildə bağlanması planlaşdırılan kömürlə işləyən elektrik stansiyasını əvəz edəcək.

ABŞ hökuməti 4 milyard dollarlıq layihənin maliyyələşdirilməsinin təxminən 50 faizini təmin edəcək. Açıqlamaya görə, 2028-ci ildə istismara verilməsi planlaşdırılan 345 meqavat gücündə elektrik stansiyası təxminən 250 min evə xidmət göstərəcək qədər iqlimə uyğun enerji istehsal edəcək.

Sözügedən layihə çərçivəsində ekoloji cəhətdən təmiz enerji istehsalına və iqlim böhranına qarşı mübarizəyə zəmin yaradılması planlaşdırılır.

Nigar Cəfərli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR