YENİ QANUN NOTARİUSLARI QARƏTÇİLƏRƏ ÇEVİRİB
Ancaq xüsusən də sadə vətəndaşların da hər zaman müraciət etdiyi notariat rüsumlarının bahalaşması xeyli narazılığa səbəb olub.
Məsələn, daşınmaz əmlak əməliyyatları, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, viza sənədləşməsi, müqavilələrin notarial təsdiqi üçün dövlət rüsumu qaldırılıb.
Ancaq ən çox narahatlıq doğuran sənədlərin təsdiqi kimi gündəlik rast gəlinən və əhalinin demək olar ki, bütün təbəqələrinin müraciət etdiyi sahələrdir. Məsələn, daha əvvəl şəxsiyyət vəsiqəsinin və ya doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqi üçün ödənilən dövlət rüsumu 50 qəpik olduğu halda indi buna görə 10 dəfə artıq - 5 manat ödəmək lazım gəlir. Bu isə xüsusən aztəminatlı ailələr üçün çətinlik yaradır. Nəzərə almaq lazımdır ki, bu kimi sənəd təsdiqi hər kəsin tez-tez rastlaşdığı haldır.
Qeyd edək ki, rüsumun bahalığı ilə bağlı son günlər redaksiyamıza çoxlu sayda şikayətlər daxil olmaqdadır. İnsanlar rüsum bahalığından şikayət edir. Ekspertlərin fikrincə, rüsumların bahalaşdırılması hökumət qurumlarının xərclərinin təmin olunmasına hesablanıb. 2011-ci ildə korrupsiya ilə mübarizə çərçivəsində dövlət başçısı cərimə sanksiyası və dövlət rüsumlarından əldə edilən vəsaitin 25-30 faizinin yol polisi, Gömrük Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, notarius və s. əməkdaşlarının maaş artımına yönəldilməsi barədə sərəncam vermişdi. Görünür, bu amildən faydalanmaq istəyən adıçəkilən dövlət qurumları qanunu dəyişdirməklə gəlirlərinin artırılmasına səy göstəriblər və buna nail də olublar.
Ancaq bu addımlar son nəticədə vətəndaşların cibinə girmək və onları daha pis duruma salmaqla nəticələnir. Rüsumların birdən-birə bu qədər qaldırılması Milli Məclis təmsilçilərini də narahat edir.
Bir qədər əvvəl deputat Fazil Mustafa “Turan”a açıqlamasında rüsum bahalığına etiraz etmişdi. Sitat: “Cərimə və dövlət rüsumlarının bir neçə dəfə artırılması özünü doğrultmur, məqsəd vətəndaşların hesabına məmurların sosial müdafiəsinin yaxşılaşdırılmasıdır. Bu, ölkə vətəndaşlarının hüquqlarının pozulmasıdır. Korrupsiya ilə mübarizə dövlət rüsumlarının yox, məmurların maaşının artırılması yolu ilə aparılmalıdır”.
Deputat İqbal Ağazadə “Yeni Müsavat”a açıqlamasında rüsumların artırılması məsələsi Milli Məclisdə müzakirə olunarkən parlamentin həmin iclasında iştirak etmədiyini deyir. Rüsumların həddən artıq bahalaşması ilə bağlı ona da şikayətlərin gəldiyini qeyd edən İ.Ağazadə bu məsələni MM-in iclasında qaldıracağını deyir: “Rüsumların artması ilə bağlı sön dövrlərdə vətəndaşların şikayətləri çoxalıb. Rüsumların bahalaşması əhalinin böyük hissəsinin gəlirlərinə müvafiq deyil. Mən bu qanun müzakirə olunanda iclasda iştirak etməmişəm, ancaq bu məsələni Milli Məclisdə bir daha qaldırmağı düşünürəm”.