Məlumdur ki, Azərbaycanda vətəndaş cəmiyyəti ilə bağlı qanunlar 2014-cü ildə sərtləşib, maliyyələşmə problemləri QHT-lərin fəaliyyətini, onların cəmiyyətdə rolunu azaldıb. Bu gün isə 44 günlük müharibədən sonra yaranmış vəzifələrin həllində QHT-lərin fəaliyyətinə ehtiyac duyulur ki, hökumət bunun fərqindədir.
Bunun üçün ilk növbədə qanunvericilik bazasının optimallaşdırılmasına ehtiyac var. Təsadüfi deyil ki, prezidentin köməkçisi Hikmət Hacıyevin hüquq müdafiəçiləri ilə görüşündən bir neçə gün sonra QHT-lərə Dövlət Dəstəyi Agentliyi QHT-lərin™ qanunvericilik bazasının təkmilləşdirilməsi üzrə təkliflər paketi hazırlandığı və müvafiq qurumlara göndəriləcəyi barədə məlumat yayılıb. Bəzi QHT-lər bunun artıq irəliləyişlərin əlaməti hesab edirlər. Bəs görəsən, pozitiv gözləntilər özünü doğruldacaqmı? Yeni qanun layihəsində hansı dəyişikliklər olacaq? Xarici donorlarla əməkdaşlıq asanlaşacaq? Xarici donorlarla əməkdaşlıq ölkəyə valyuta daxilolmaları baxımından nə dərəcədə önəm kəsb edir?
Bundan başqa vətəndaş cəmiyyətinin dirçəlməsi son dövrlər yaradılan İctimai Şuraların fəaliyyətinə nə kimi töfhə verə bilər?
“Müzakirə Masası” proqramını Musavat TV-nin canlı yayınında, aparıcı Nərgiz Liftiyeva təqdimatında izləyə bilərsiniz. Qonağımız Konstitusiya Araşdırmalar Fondunun prezidenti, hüquq müdafiəçisi Əliməmməd Nuriyevdir.
Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat/
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat






