Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin dördüncü bəyanatı və onun ardınca yayımlanan yeni toy videosu sözgedən mövzunu gündəmdən çıxarmağa imkan vermir.
Son videoda Mehdieyevin ailə çevrəsi görünür, onlara etdiyi xidmət sadalanır. Bundan sonra yayınlanacaq videolar daha qalmaqallı olacaq və buna adekvat olaraq AMEA-nın saytında yeni müraciətlər yayımlanacaq. Ölkə daha da qarışacaqmı? Payıza doğru nələr olacaq? Bakı Nəqliyyat Agentliyi sözçüsünün 1 manatlıq taksilərlə bağlı dediyi sözlər cəmiyyətdə necə hiddət doğurub? Yeni başlanacaq tədris ili və bizi gözləyən yeni problemlər nələrdir?
Bu və digər ölkə gündəmini əhatə edən mövzularla saat 14.00-də Sevinc Telmanqızının təqdimatında ölkə gündəmi təhlil olunacaq. Müzakirədə dinləyicilərimiz də iştirak edə bilərlər.
Bunun üçün Musavat.com -un Facebook, ya da Youtube səhifələrindən birini bəyənib (like edib), canlı yayına qatila bilərsiniz.
Youtubedəki səhifəmizin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Facebookdakı səhifəmizin ünvanı:
https://www.facebook.com/NewMusavat/
Musavat.com






