İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yeni Müsavat” Ziya Məmmədovun nazirliyi önündə aksiyalara başlayır

4692 27.06.2014 17:21 Gündəm A A

Gələn həftədən etibarən “Yeni Müsavat” qəzeti və musavat.com saytının kollektivi Nəqliyyat Nazirliyi qarşısında etiraz aksiyalarına başlayacaq. Buna səbəb qəzetin əməkdaşı Fərahim İlqaroğluna qarşı sui-qəsdi təşkil edən deputat Elton Məmmədovun oğlu Aynarın nazir əmisi Ziya Məmmədov tərəfindən himayə edilməsi və istintaqdan yayındırılmasıdır. “Yeni Müsavat”ın çoxsaylı iddiaları var ki, Aynar Məmmədov məhz əmisi, nazir Ziya Məmmədov sayəsində istintaqdan yayındırılıb. Əgər deputat oğlu sadə adam olsaydı onu çoxdan həbs etmişdilər. 

Nazirlik qarşısında keçiriləcək aksiyada “Jurnalistə sui-qəsd edən Məmmədovlar klanı, Allahdan qorxun”, “Ziya Məmmədov, cinayətkar Aynarın yox, jurnalist Fərahimin “əmisi” ol”, “Jurnalistə sui-qəsd edənləri qoruyanlara ar olsun”, “Jurnalistlərə qarşı cinayətlərin üstü açılsın”, “Deputatın cani oğlu traktorçunun jurnalist oğlunu döydürdüsə, cavab verməlidir!” şüarları səsləndiriləcək. Aksiyada iştirak edəcək jurnalistlər F.İlqaroğlunu döydürməyi əmr verənlərin cəzalandırılmasını tələb edəcək. 

*** 

Fərahim İlqaroğlu yada salır ki, aprelin 25-də onu yaşadığı binanın qarşısında vəhşicəsinə döyüblər. Bu hadisə jurnalistin maşınının video qeydedicisinə aydın şəkildə düşüb. Ondan sonra jurnalisti döyən Feyruz Termişi adlı şəxs həbs olunub. 


Bu sifarişi Aynar Məmmədovdan alaraq Termişiyə çatdıran kik-boksinq üzrə tanınmış idmançı Tural Bayramov isə yalnız 20 sutka inzibati həbs cəzası ilə canını qurtarıb. Sui-qəsdin sifarişçisi A.Məmmədovun isə ifadəsi  alınıb və istintaq yekunlaşmamış bəyan edilib ki, deputat oğlunun bu işdə heç bir təqsiri sübuta yetirilməyib. Jurnalist deyir ki, hadisənin üç ayı tamam olmaq üzrədir, istintaqın gedişi haqda isə məlumatsızdır və heç bir xəbər əldə edə bilmir. Müstəntiq Mikayıl Qüdrətov araşdırmalar getdiyini deməklə kifayətlənir. 

İstintaqın gedişindən narazı olan vəkil Elçin Sadıqov “Media forum” saytına deyib ki, Daxili İşlər Nazirliyində jurnalistin bir dəfə dindirilməsindən başqa hər hansı istintaq hərəkəti aparılmayıb. 


E.Sadıqov vurğulayıb ki, əvvəldən A.Məmmədovu məsuliyyətə cəlb etmək istəməyiblər: 
“Bir müddət əvvəl Daxili İşlər Nazirliyindən açıqlama yayılmışdı ki, Aynar Məmmədovun bu işdə təqsiri yoxdur. 

“Biz bilirik ki, əmisi də, atası da bu yaramaz işinə görə Aynarı tənbeh ediblər. Lakin bu, elə bir cinayətdir ki, onun qarşılığı ailədaxili tənbeh deyil” 


İş sona çatmamış, istintaq yekunlaşmamış və sübutlar araşdırılmamış kiminsə təqsirinin olub-olmaması barədə bəyanat vermək qanunun tələbinə ziddir. Bu onu göstərir ki, istintaqın Aynar Məmmədovu məsuliyyətə cəlb etmək fikri əvvəlcədən yox idi”.

***

DİN-nin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov “Media forum” saytına araşdırmaların davam etdiyini deyib: “Kimin nə deməsindən asılı olmayaraq istintaq qanuna müvafiq olaraq həyata keçirilir. Nəticəsi barədə məlumat veriləcək. Vəkil də istintaq başa çatmamış bu haqda mətbuata danışmamalıdır. Daxili İşlər Nazirliyinin mətbuat xidməti Aynar Məmmədovla bağlı açıqlamanı mətbuatın israrlı suallarından sonra verib. Amma vəkil mətbuata hər gün bununla bağlı nəsə deyir. Gözləmək lazımdır istintaq yekunlaşsın”.

Jurnalistin döyən və həbsdə olan Feyruz Termişi barədə suala gəlincə, E.Zahidov deyib ki, istintaqın getdiyi vaxtda açıqlama vermək olmaz, qanun bunu qadağan edir: “İstintaq başa çatar, məlumat verilər”. 

*** 

Hörmətli Ziya bəyi, Aynarın valideynlərini insaf və vicdana, Allahdan qorxmağa çağırıram. Aynarı müdafiə edən qohumlarını, ona “tərbiyəli cocuq” deyən qudaları Rüstəmxanlıları, əziz Tənzilə  xanımı mövqe bildirməyə çağırıram. Fərahimi, bu gənc, kasıb və nümunəvi jurnalisti  öz oğlunuz bilin və buna görə danışın. Öz oğlunuza Aynar bu cür davransaydı, nə edərdiniz, sizin övladınızı evinin qarşısında o cür döysəydilər, hansı hərəkəti edərdiniz, bax onu sizdən gözləyirəm!”


Ziya Məmmədovun rəhbəri olduğu nazirliyin binası qarşısında keçiriləcək aksiya barədə danışan “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu qeyd etdi ki, hazırda qəzet rəhbərliyinin istintaqın gedişi haqda bilgi almaq imkanı yoxdur. Baş redaktor hesab edir ki, bu məsələyə yenidən ictimaiyyətin və istintaqın diqqətini çəkmək lazımdır: “Əgər Aynar Məmmədovun əmisi nazir, atası isə deputat olmasaydı, təbii ki, bizim üçün də, istintaq üçün də məsələ asan olardı. Biz bilirik ki, əmisi də, atası da bu yaramaz işinə görə
 Aynarı tənbeh ediblər. Lakin bu, elə bir cinayətdir ki, onun qarşılığı ailədaxili tənbeh deyil. Aynarı öz aralarında tənbehləyirlər; lakin onun qanun qarşısında cavabdehliyinə mane olurlar. Biz bilirik ki, A. Məmmədovu qoruyan onun qüdrətli bir nazirin birinci dərəcədən qohumu olmasıdır. Məhz buna görə də indi Aynarın yox, nazir Ziya Məmmədovun üstünə gedirik. 


Hörmətli Ziya müəllimdə əsil dövlətçilik ruhiyyəsi olsaydı, ilk növbədə özü tələb edərdi ki, Aynar cəzalandırılsın. Fərahim bir taraktorçunun -  zəhmətkeşin oğludur, özü də zəhmətkeşdir. İki yerdə işləyir ki, ayaqda dursun, ev alsın, ailə qursun, üstəlik, kasıb valideynlərinə də yardım etsin. Son dərəcə yüksək intellektə, peşəkar jurnalist göstəricilərinə sahibdir. Belə bir nümunəvi vətəndaşa harınlamış məmur övladı əl qaldırır və bütün dövlət ərkanı da bunun qarşısında sükut edir. Mən hörmətli Ziya bəyi, Aynarın valideynlərini insaf və vicdana, Allahdan qorxmağa çağırıram. Aynarı müdafiə edən onun qohumlarını, ona “tərbiyəli cocuq” deyən qudaları Rüstəmxanlıları, əziz Tənzilə  xanımı mövqe bildirməyə çağırıram. Fərahimi, bu gənc, kasıb və nümunəvi jurnalisti  öz oğlunuz bilin və buna görə danışın. Öz oğlunuza Aynar bu cür davransaydı, nə edərdiniz, sizin övladınızı evinin qarşısında o cür döysəydilər, hansı hərəkəti edərdiniz, bax onu sizdən gözləyirəm! Mən belə bilirəm, ona görə də israr edirəm.  Axı, yaxşı bilirsiniz, bu iş elə-belə, it-bata düşməyəcək. Biz bu məsələnin üstünə gedəcəyik”. 


R. Arifoğlu deyir ki, gələn həftədən “periodik aksiyalara başlayırıq. Səsimizi ölkəyə və rəhbərliyə duyurmağa çalışacağıq. Biz bilirik ki, ölkə rəhbərliyinin siyasi gündəmi sıxdır, siyasi problemlərlə məşğuldur. Ancaq bu hadisə də ölkənin siyasi kimliyinə aid məsələdir. İstəyirik ki, jurnalistə qarşı bu zorakılığı edənlər və sifarişçilər cəzalandırılsın”. 

Baş yazar ölkənin bütün jurnalistlərini aksiyada iştirak etməyə səslədi.

Nəqliyyat nazirliyinin qarşısındakı aksiya ilə bağlı artıq BŞİH-yə müvafiq məktub da hazırlanıb.   

E.SALAMOĞLU



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR