İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yeni Müsavat” və “Azadlıq” qəzetləri: 2 favorit və 2 fərqli strateji

1006 08.12.2014 09:27 Son xəbər A A

Redaksiyadan: Dəyərli dostumuz, DEVAMM sədri İlqar İbrahimoğlu üzgünlüklərini dilə gətirən bir yazı yazıb. Həmin yazını gecə musavat.com ünvanına yollayan İ. İbrahimoğlu “Yeni Müsavat” qəzeti və AXCP ("Azadlıq" qəzeti) arasında gedən çəkişmələrdən narahatlığını qələmə alıb. Redaksiyanın və kollektivin problemin kökü ilə bağlı fərqli fikirləri olsa da, dəyərli ilahiyyatçı alimin bizləri düşünərək qələmə aldığı yazısını dərc edirik.   


****

 
Şahmat - insan həyatını modelləşdirmək potensialına malik olan bir intellektual oyundur. Təbii ki, həyata çata bilməz. Həyatın həm fiqurları, həm rəngləri və həm də oyun qaydaları oradakı kimi deyil. Lakin bununla belə, modelləşdirmə və təhlil baxımından fayda verə bilən instrumentlərdən birdiir. 

Şahmatda stratejilərinə görə partiyaların açıq, yarımaçıq, bağlı formaları mövcuddur. Yeni başlayanlar taktikaya daha çox üstünlük verirlər. Lakin cavabında yarımaçıq müdafiə ilə rastlaşanda, oyun taktika ilə davam edə bilmir. Pozision çalar dominantlıq etməyə başlayır. Bir qədər də inkişaf etmiş peşəkar, açıq partiyaların istifadəsini azaldır. Yaxud da mütləq qələbəyə oynamaq lazım olduqda, bunu edir. Bu halda uduzmaq şansı da təbii ki, çoxalır. Beləliklə peşəkarın qapalı partiyaları yavaş-yavaş daha da inkişaf edir. Pozision dominantlıq tamamilə taktikanı əvəz edir. Ən azı heç-heçəni sığortalayaraq, ilk fürsətdən qələbəyə tərəf inkişaf etdirmək stratejisi güdülür. Açıq partiyada bundan fərqli olaraq, hər şey qələbəyə səfərbər olunur. Burada kiçik diqqətsizlik və taktiki uğursuzluq, dərhal məğlubiiyətlə nəticələnir. Ciddi strateqlər öz arsenalında bütün bu partiyaların potensilalını saxlayır. Yerinə görə, qarşı tərəfin səviyyəsinə görə, ehtiyatda olan vaxta görə seçimini edir. Güclü strateqlər taktikanın ustası olmalıdırlar. Lakin taktika heç də həmişə bəs etmir. Pozision duyum qabiliyyətləri inkişaf etdirilməsə, peşəkar strateqə çevrilə bilmir. 

Dünya və ölkə reallıqları kontekstində də bütün bunlar keçərlidir. Taktiki romantizmlə heç də həmişə nəticələrə çatmaq mümkün olmur. Pozision duyum işə salınmadıqda, bu burlğanların içində mövcud olub və imkanlar daxilində dinamik inkişafı saxlamaq bəzən mümkünsüz olur. Bütün bunlarıın içində olmayanlara kənardan hər şey fərqli görsənə bilər. Lakin peşəkar, öz stratejisinin təminini düşünür. Təslim olmamaq üçün, mübarizəni dayandırmamaq üçün bütün imkanlarını səfərbər edir. Sona qədər bütün variasiyaları sınayır.

Partiyanı müəyyən etməkdə kimisə suçlamaq yanlışdır. Hər kəs özü stratejisini müəyyən etməlidir. Mövcudiyyəti davam etdirmək üçün və inkişaf dinamikasını saxlamaq üçün bütün strateji seçimlər məqbuldur. Məqbul olmayan – dayanmaqdır, təslim olmaqdır, fərarilik etməkdir və bu kimi.

P.S.

Bu gün ölkədə tənqidi qəzet mediası arasında 2 ciddi favorit mövcuddur. Bütün ağır şətrlərə rəğmən, mövcuddur. Stratejilərini müəyyən etməkdə hər biri sərbəst olmalıdır. Mühüm odur ki, fərqli söz, tənqidi fikir mövcudiyyətini qoruya bilsin, imkanlar daxilndə inkişaf dinamikasını saxlaya bilsin. Təəssüflər olsun ki, bu gün bu enerji qarşılıqlı surətdə bir-birinə qarşı istifadə olunur. Təəssüflər olsun ki, bu, çox ciddi enerji itkisinə gətirib çıxardır. Çox təəsüflər olsun ki, artıq tənqidləri təhqirlər əvəzləməyə başlamışlar. Bu, özünü xüsusən də sosial şəbəkələrdə göstərməkdədir.
Dostlar! İnsanların valideynlərinin nə suçu var bütün bu məsələlərdə?!
Təbii ki, ardınca refleks işə düşür, qarşılığı da verilmiş olur. 
Dostlar! Hər iki tərəfdə olan ağıllı və ləyaqət sahibləri olan dostlar! Qıcıqlarınız anlaşılandır. İki fərqli strateji ortada mövcuddur. Gəlin, hərə öz yolunu getsin. Tənqid etsin. Amma heç bir vəchlə təhqirə keçməsin.


Hacı İlqar İbrahimoğlu


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR