“YENİ MÜSAVAT” VƏ “AZADLIQ”ın SATIŞINA NÖVBƏTİ QADAĞA
Qəzetlərin niyə içəridə saxlandığını soruşduqda, satıcı bu göstərişin 3 gün əvvəl Departamentdən gəldiyini söyləyib. “Qəti tapşırıq var ki, bu qəzetlər çöldə qoyulmasın. Odur ki, içəridə saxlayıb istəyənlərə satırıq. Ancaq alıcılar olur ki, vitrində bu qəzetləri görməyib elə bilirlər qəzet yoxdur, yaxud satılıb. Bu da bizim büdcəmizə zərər vurur”. Satıcı deyib ki, yeni quraşdırılan bütün köşklərə belə bir göstəriş verilib və onlar əmrə tabedirlər.
İş günü başa çatdığından Ticarət və Xidmət Departamentinin mövqeyini öyrənə bilmədik. Mövzuya qayıdacağıq.
İş günü başa çatdığından Ticarət və Xidmət Departamentinin mövqeyini öyrənə bilmədik. Mövzuya qayıdacağıq.






