“YENİ MÜSAVAT” VƏ “AZADLIQ”ın AÇIQ SATIŞINA QADAĞA QALIR
Köşklərdə iqtidar qəzetləri ön sıralarda yer alsa da, müxalif qəzetlərindən heç biri gözə dəymirdi. Səbəbini soruşduqda köşk sahibləri Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən onlara müxalif qəzetlərin, xüsusən də “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin açıq satışını qadağa etdiyini bildirdilər.
Hətta adlarının çəkilməsini istəməyən bir neçə köşkün sahibi “Yeni Müsavat” və “Azadlıq” qəzetlərini içəridə bağlamada saxladıqlarını bildirdi: “Bu qəzetləri istəyən olanda içəridən götürüb veririk. Ancaq çox insanlar ”Yeni Müsavat" və “Azadlıq” qəzetlərini açıqda görməyəndə elə bilir ki, qəzet yoxdur. Hər iki qəzet çox satılan qəzetlərdir. Bizim də çörək pulumuz bu qəzetlərin sayəsində olur".
Beləliklə, müşahidələrimiz azad mətbuatın satışına rəsmi yasağın saxlandığını bir daha təsdiqlədi.
Məsələ ilə bağlı dünən Bakı Şəhər Ticarət və Xidmət Departamentinin də mövqeyini öyrənmək istədik. Lakin qurumun mətbuat xidmətinə, onun rəhbəri Əlabbas Bağırova etdiyimiz zənglərə cavab verən olmadı.