İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yeni Müsavat” qəzetində ev almaq istəyən namizədlərin siyahısı müəyyənləşdi

5320 06.06.2017 13:44 Media A A

Bu gün "Yeni Müsavat” qəzetinin redaksiyasında Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 22 iyul 2013-cü il tarixli sərəncamı əsasında jurnalistlər üçün inşa edilmiş yaşayış binasındakı mənzillərin bölgüsündə namizədlərin müəyyənləşdirilməsi ilə bağlı iclas keçirilib.

İclası "Kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtləri”nin müəyyənləşdirilməsi, eləcə də həmin qaydalar və şərtlər əsasında sənədlərin qəbulu prosesinin ədalətli və şəffaf şəkildə həyata keçirilməsi məqsədilə yaradılmış Komissiyanın üzvü, “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev izləyib.

İclasa sədrlik edən "Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu mənzillərin verilməsi ilə bağlı açıqlanan qaydalara və şərtlərə uyğun gələn əməkdaşların adlarını elan edib. 5 nəfərlik siyahıda açıqlanan meyarlara uyğun olaraq redaksiyanın yaradıcı heyətindən 5 əməkdaş müəyyənləşib.

Namizədlər isə bunlardır:

Zahid Səfəroğlu, “Yeni Müsavat” qəzetinin redaktoru

Elşad Paşasoy – “Yeni Müsavat” qəzetinin reportyoru

Xalid Kazımlı – musavat.com saytının baş redaktoru

Elşad Məmmədli – “Yeni Müsavat” qəzetinin redaktoru

Elçin Xalidbəyli – musavat.com saytının redaktoru

İclasda iştirak edən əməkdaşlar siyahı ilə bağlı fikirlərini səsləndiriblər. Yuxarıda göstərilən namizədlərin lehinə və əleyhinə səsvermə keçirilib. Səsvermə nəticəsində "Yeni Müsavat” qəzetinin adları çəkilən 5 əməkdaşının adının müvafiq komissiyaya təqdim olunması qərara alınıb.

Sevinc, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR