İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yeni Müsavat” Media Qrupunda MEDİA-nın "Redaksiya siyasəti və peşə etikası qaydaları" müzakirə edildi FOTO

821 22.04.2022 17:02 Media A A


“Yeni Müsavat” Media Qrupunda Medianın İnkişafı Agentliyinin (MEDİA) media subyektlərinin rəhbərlərinə göndərdiyi “Redaksiya siyasəti və peşə etikası qaydaları” məktubu müzakirə edilib.

Musavat.com xəbər verir ki, “Yeni Müsavat” qəzetinin baş redaktoru Azər Ayxan redaksiyanın mövcud siyasətilə səsləşən məktubdakı müddəaları bir daha diqqətə çatdırmaqla, peşə etikası qaydalarına ciddi əməl olunması tapşırığını verib.

Redaksiya heyətini xəbər və şərh, mənbələrlə işləmə, lazım gəldiyi təqdirdə yayımlanmış xəbərə təkzib verilməsi və düzəliş qaydaları ilə bağlı məlumatlandırıb, MEDİA tərəfindən ciddi nəzarət edilən müəllif hüquqları məsələsində daha diqqətli davranmağın lazım olduğunu bildirib.

Eyni zamanda “Yeni Müsavat” Media Qrupunun kollektivi məktubdakı qeydlərlə tanış olub, yeni layihə və ideyaları ilə bağlı fikirlərini bölüşüblər.

İclasdan fotoları təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR