İnsanlara hürriyət, millətlərə istiqlal!

"Yeni Müsavat" Media Qrupu və Xətai Rayon İcra Hakimiyyəti imkansız ailələrə ərzaq yardımı etdi

1484 02.05.2020 19:14 Gündəm A A

 

"Yeni Müsavat" Media Qrupunun təşəbbüsü və təşkilatçılığı, Xətai Rayon İcra Hakimiyyətinin maliyyə dəstəyi ilə 35 saylı Xətai üçüncü seçki dairəsində, İnqilab İsmayılov küçəsində yaşayan və karantin səbəbindən hazırda işsiz qalan aztəminatlı ailələrə ərzaq yardımı paylanılıb.

Yardım paylanmasını "Yeni Müsavat" əməkdaşları həyata keçiriblər. Qeyd edək ki, bundan öncə də media qurumu çoxsaylı ailələrə yardım edib, həmçinin yardım proseslərinə təşkilatçılıq edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR