“Yeni Müsavat” Media Qrupu və Xətai RİH bu gün 35 saylı üçüncü seçki dairəsi ərazisində yaşayan imkansız ailələrə ərzaq yardımı edib.
Xətainin İnqilab İsmayılov, Naximov, Dənizçi və Əbilov küçələrində yaşayan aztəminatlı ailələrə, yaşlı və kimsəsizlərə rayon icra hakimiyyətinin də qatqısı ilə ərzaq ehtiyatı tədarük olunub.
Məqsəd koronavirus pandemiyası ilə bağlı ölkədə elan olunan karantin günlərində vətəndaşlarımızın gündəlik ərzaq məhsulları baxımından çətinlik çəkməməsi olub. Bu proses bir neçə gündür ki, yalnız Xətai rayonunda deyil , eləcə də Azərbaycanın digər bölgələrində davam edir, “Yeni Müsavat” rəhbərliyi kasıb ailələrə, ehtiyaclı insanlara ərzaq yardımı təşkil edir. Bugünki yardımlaşma kampaniyamızdan görüntüləri təqdim edirik.
Məğrur Salmanov
Məhəmməd Türkmən
Musavat.com






