İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yeni Müsavat”ın yazısına icra hakimiyyətindən reaksiya gəldi

1431 12.02.2015 18:50 Ölkə A A

Etirazçılardan Əliağa Həsənli baş verənlərlə əlaqədar redaksiyamıza müraciət edərək, kömək istəmişdi. O, məktəbin birbaşa Xocavəndin icra başçısı Eyvaz Hüseynov tərəfindən bağladıldığını iddia etmişdi.

Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Azər Süleymanov bizə müraciət edərək, kənddəki problemlərin həll olunduğunu bildirdi: “Tuğ kəndində olan problem artıq həll olunub. Fevralın 2-dən məktəb fəaliyyət göstərir. İstilik sistemi ilə məktəb təmin olunub. Yeni tikilən qəsəbədə hər bir ailənin özünün evi var. Xüsusilə, qaçqınlar üçün tikilən şəhərcikdə məktəb şagirdləri və müəllimləri evlə təmin olunublar. Sadəcə məktəbin gec açılmasına səbəb istilik sistemi ilə bağlı idi. Tuğ kəndində olan məktəb də bağlanmayıb. Sadəcə sakinlər təhsillərini burada davam etdirmək istədilər. Özüm şəxsən Tuğ kəndindənəm. Yanvar ayında icra başçısının iştirakı ilə kəndə görüş keçirilib. Sakinlərin problemləri ilə maraqlanmışıq. Müəllim kollektivi ilə rayonda görüş olub. Heç bir narahatçılıq yoxdur”.

Tuğ kəndinin sakinlərindən bəziləri də redaksiyamıza müraciət edərək, problemlərinin həll olunduğunu bildirdilər

Cavanşir ABBASLI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR