"Yeni Müsavat"ın canlı yayım verilişləri sentyabr ayının 10-dan etibarən yeni dizayn və təqdimatda davam edir.
Musavat.com xəbər verir ki, çərşənbə axşamı, oktyabrın 30-da, saat 12.00-də başlanan növbəti canlı yayımda studiyanın qonaqları Gürcüstandakı seçkilər, namizədlərin qalib gəlmə şansları və bunun Borçalıda yaşayan soydaşlarımızın həyatına göstərəcəyi təsir barədə danışıblar.
Verilişimizin qonaqları isə siyasi analitik Şahin Cəfərli və "Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli olub.
Fərqli fikirdə olan ekspertlər debat boyunca oxuculardan gələn sualları da cavablandırıblar.
Bir saat boyunca davam edəcək canlı yayım zamanı siz oxucular da müzakirələrdə aktiv iştirak edə bilərsiniz.
Musavat.com






