“”YENİ MÜSAVAT"ı MƏHKƏMƏYƏ VERMƏK CƏMİYYƏTƏ HƏDƏ-QORXU GƏLMƏKDİR"
Belə bir nəticəyə gəlmək olar ki, bu, ”Yeni Müsavat"a qarşı sifarişdir". Bu sözləri “Yeni Müsavat” qəzetinin vəkili Vaqif Hüseyn S.Şirinovanın qəzetin müxbiri Elşən Məmmədəliyevə qarşı qaldırdığı məhkəmə iddiasına münasibət bildirərkən deyib.
Yada salaq ki, S.Şirinova Z.Hüseynov adlı Bakı sakini ilə əmlak davaları üzrə məhkəmə prosesini işıqlandıran E.Məmmədəliyevin CM-in 147, 148-ci (təhqir, böhtan) maddələri ilə azadlıqdan məhrum edilməsini tələb edir.
Onu da qeyd edək ki, S.Şirinovanın haqqında danışdığı yazılar 2009-cu ildə çap edilib. S.Şirinova iddia ərizəsində göstərir ki, o, “Ayat” adlı qəzetin təsisçisi və baş redaktoru, şairə və bir neçə kitabın müəllifi və redaktorudur, onu Azərbaycanın hüdudlarından kənarda tanıyanlar və pərəstiş edənlər çoxdur. “Yeni Müsavat”da dərc edilən yazı isə onun işgüzar nüfuzuna ziyan vurub. Maraqlıdır ki, S.Şirinova iddia ərizəsində işgüzar nüfuzu haqqında nə az, nə çox, düz 3 ildən sonra düşünmək qərarına gəldiyinin səbəblərini açıqlamayıb.
Xəbər verdiyimiz kimi, dekabrın 6-da “Baku Steel Company” də “Yeni Müsavat”ı məhkəməyə verib. Şirkət qəzetin 1 milyon manat cərimələnməsini tələb edir. Şirkətin bu haqda açıqlamasında “Yeni Müsavat” qəzetində gedən “Zülfüqarlı qardaşlarının yağmalanan zavodu bağlandı” başlıqlı məqalədə “Bakı Poladtökmə” ASC-nin və ASC İH-nin sədri Oqtay Rəfiyevin işgüzar nüfuzuna ziyan vurulduğu bildirilir. Qeyd edək ki, bu yazının ad müəllifi Elşən Məmmədəliyevdir. Ancaq bu məsələ ilə bağlı iddia ərizəsi hələlik redaksiyaya daxil olmayıb.
“Yeni Müsavat”ın vəkili Vaqif Hüseyn isə deyir ki, sözügedən yazıda da böhtan elementlərinin olması iddialarının heç bir əsası yoxdur: “Yazı reportaj xarakterlidir və orada müxbir gördüklərini təsvir edib. Bundan başqa, yazıda Zülfüqarlı qardaşlarının vəkili Aslan İsmayılovun vəkilinin fikirləri qeyd olunub. Vəkil zavodun iş adamları olan Zülfüqarlı ailəsindən alınması prosesindən danışıb və gec-tez idarənin həqiqi sahiblərinə qayıdacağını deyib. Həmin məqalədə O.Rəfiyevin adı ümumiyyətlə çəkilməyib. Bir daha bildirirəm ki, eyni gündə ”Yeni Müsavat"a qarşı iki məhkəmə iddiasının qaldırılması və olduqca ağır cəzaların tələb edilməsi qəzetə qarşı aparılan kampaniyanın tərkib hissəsidir. Hələlik iddia ərizəsini gözləyirik. Bizim özümüz üçün də maraqlıdır ki, “Baku Steel Company” “Yeni Müsavat”a qarşı iddiasını hansı əsasa, nəyə istinad edərək irəli sürüb".
Zülfüqarlı qardaşlarının vəkili Aslan İsmayılov qəzetin məhkəməyə verilməsi haqqında danışarkən bildirib ki, bu məsələnin sifariş olmasına heç bir şübhə yoxdur: “Bunun adı həyasızlıqdır. Zülfüqarlı qardaşlarının hansı ölçüdə qanunsuzluqla üzləşdiyini bilməyən yoxdur. Bu qədər işi görəndən sonra üstəlik, qəzeti məhkəməyə verməyə üz lazımdır. Zülfüqarlılar qardaşları ilə bağlı bizim dediklərimizi Nərimanov Rayon Məhkəməsinin sədri Agababa Babayev da təsdiq edib. O öz dili ilə dedi ki, mənə sifariş verdilər, həbs et, həbs etdim. Bu işlərin hamısı ”Baku Steel Company"nin icraçı direktoru Rasim Məmmədovun adı ilə görülüb. Hüquq-mühafizə orqanlarına göstəriş verən məhz Rasim Məmmədovdur. Cəmiyyət bu qanunsuzluqların üzərinə getmədikcə, onlar bundan da artığını edəcəklər. “Yeni Müsavat”ı məhkəməyə vermək, hər kəsə hədə-qorxu gəlməkdir. Yəni kim bizdən yazsa, tutduracağıq, dilini kəsəcəyik. Belə bir ölkədə hansı azad sözdən danışmaq olar?"
Onu da qeyd edək ki, “Baku Steel Campany”nin qeyri-rəsmi sahibləri sırasında prezidentin xüsusi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun adı çəkilir.