"Yeni Müsavat"da texniki qüsur - yazıçı Mirmehdinin şəkli beloruslu rəssamın şəklinin yerinə gedib
"Yeni Müsavat" qəzetinin bugünkü sayında növbətçi redaktor və dizynerlərin məsuliyyətsiz davranmaları üzündən kobud yanlışlıq gedib. Belə ki, "Metroya gizli yolla girmək istəyən Belarus vətəndaşı barədə yeni faktlar" yazısında Belarus vətəndaşı Sergey İlyevskinin əvəzinə azərbaycanlı yazıçı Mirmehdi Ağaoğlunun şəkli verilib.
Redaksiya rəhbərliyi araşdıraraq öyrənib ki, bu texniki xətanın səbəbi çox bəsitdir: bir müddət öncə Mirmehdi Ağaoğlu İliyevski barədə yazı yazıb və onun yazısı öz şəklinin müşayiətilə İnternet resurslarında dərc olunub. "Yeni Müsavat"ın dizayneri isə İliyevskinin şəklinin İnternetdə axtararkən qarşısına çıxan bu şəkli səhifəyə qoyub.
Bununla belə, "Yeni Müsavat" buraxılmış səhvin məsuliyyətini anlayır və yazıçı Mirmehdi Ağaoğludan, eləcə də öz oxucularından üzr istəyir.
Texniki qüsuru buraxanlar cəzalandırılacaq.
"Yeni Müsavat" qəzeti






