İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni hakimiyyət Paşinyanın sülh müqaviləsindəki imzasından imtina edəcək-deputat  

519 14.06.2024 10:54 Siyasət A A

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası öz işinə başlayıb. Birinci vitse-spiker Əli Hüseynlinin sədrliyi ilə başlayan iclasda öncə cari məsələlərlə bağlı çıxışlar oldu.

Musavat.com xəbər verir ki, deputat Elman Nəsirov çıxışında diqqəti Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı yaranmış proseslərdən bəhs etdi.

Bildirdi ki, Ermənistanın baş naziri yaxın bir ay ərzində sülh imzalamağa hazır olduğunu deməklə yanaşı, konstitusiyaya düzəlişlərin edilməyəcəyini söyləyib.

E.Nəsirov xatırlatdı ki, Prezident İlham Əliyev bir müddət əvvəl Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün ilk növbədə konstitusiyadakı iddialardan imtina etməlidir. Ermənistanda hakimiyyət dəyişsə və yeni hakimiyyət formalaşsa, o, Paşinyanın sülh müqaviləsindəki imzasından imtina edəcək.

"Ona görə də Ermənistanda referendum keçirilməli, Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu müddəalardan imtina olunmalıdır”, deyən E.Nəsirov bildirdi ki, Ermənistan rəhbərliyi sülh müqaviləsi ilə bağlı bir addım irəli, iki addım geri atmaqla məşğuldur.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR