YENİ ƏRAZİLƏRİMİZ
Sözügedən imarətlərin boksçulara heç bir dəxli yoxdu. Bu idmançılar sadəcə olaraq sahiblərinə çox sadiqdilər. Onlar öz sahiblərinin malı-mülkü uğrunda istənilən adamla ölüm-dirim davasına çıxa bilərlər. Belələri həyatda yalnız sahiblərinin sərvəti ilə fəxr edirlər. Jurnalist-yazıçı sözünün mənasını törətdikləri hadisədən sonra başa düşüblər. Onlar savadsızlığı və qəddarlığı mərdlik nişanəsi kimi anlayırlar. Bu idmançılardan biri əlində kitab tutsa, öz dostları yanında lağlağı hədəfinə çevrilər.
Bəs bilirsinizmi, nazir arvadı niyə qaçıb? Yapon idman növlərindən birini, istənilən əlbəyaxa döyüş növünü bilən yapon idmançısı həm də bu idmanın tarixini, fəlsəfəsini yaxşı bilir. Yapon idmanları normal ölkələrdə həmişə onun fəlsəfəsi ilə paralel öyrənilir. Bu idman növlərinin fəlsəfəsi mənəviyyatı yumruqdan uca tutur. Qoluna gücü ona görə yığmırsan ki, xoşun gəlməyən insanın vurub çənəsini qırasan.
Nazirimizin arvadının idman məllimi də, heç şübhəsiz, sağlam cüssəli, mənəviyyatla dolu birisi imiş. Baxıb ki, bu gözəl xanım, var-dövlət yox, ömür-gün sürməyə mənən zəngin, maraqlı insan axtarır. Əlbəttə, hər axşam ərinin iri maşınını iri villaların darvazasından içəri almaq, restoranlarda kabab yeyib bayağı manıslara qulaq asmaq, nazirsayağı qeybətlər eşitmək, pul və vəzifə söhbətlərindən təngə gəlmək, milyonların olsa da könül açmayan xaraba ölkədə yaşamaq xoşbəxtlik deyil. Xanım düz eləyib, qul həyatı yaşayan nazirlə yaşamaqdansa azad fikirli, mənəviyyatlı bir idmançı ilə, Azərbaycan kimi zülmətxanada yaşamaqdansa qaçıb Yaponiyada, yaxud Avropa ölkələrinin birində yaşamaq gözəl deyilmi?
Bax, bunların kef ölçüsü nədən ibarətdi. Atası gömrük idarəsinin rəisi, özü isə ARDNŞ-dən maliyyələşən Ramalın xobbisi hər dəfə bakirə qızla yatağa girməkdi. Bir bakirə qızın üzünü açdımı, bir də onu tanımır. Yenisini tapıb gətirirlər onunçün. Geniş sutenyor şəbəkəsi var. Hər belə cinsi əlaqə üçün 200 min manat pul ödəyir. Görün, bu murdar rejim necə manyaklar yetişdirir. Əlbəttə, mənəviyyatsız rejim kütləvi mənəviyyatsızlığa yol açmalıdır. Onu tənqid edəni, kitab oxuyanı isə türmədə boğmalıdır. İlk fürsətdəcə nazir arvadı qaçırsa, gör sadə, kasıb xalqın başına nə oyunlar açırlar?!
“Yeni Müsavat” qəzetinin müxbirləri aşkarlayıb ki, “qul bazarı”nın biri “orqan bazarı” ilə yan-yanadı, həmsərhəddi. Maklerlər yol qırağında gözləyir. Əlacsız qalan cavanlar gəlib orda öz ciyərini, böyrəyini təklif edib satırlar. Kimi aldığı kreditin altından çıxmaq üçün, kimi ali məktəbin təhsil haqqı və rüşvətini ödəmək üçün, kimi uşağını pozğun əsgərlikdən saxlamaq üçün qaçaqmalçı cərrahların bıçağı altına uzanır.
Xəbərlər gəlir ki, sel basmış rayonlarımızın sakinləri hakimiyyətin goplayıb söz verdiyi qayğısını gözləyib usandıqdan sonra bala-bala, xəlvətcə öz doğma evlərinə doluşurlar. Heç kim qorxusundan heç nə tələb eləmək istəmir. Artıq xalq başa düşüb ki, Anar, Elçin, Əkrəm və Zəlimxanı, Faiqi, Aygünü, İlhaməni medallayan bu dövlətdən nəsə tələb eləsə, onu öz doğma evinə də buraxmayacaqlar. Dillənənin oğlunu narkotik alverçisi kimi tutacaqlar və Fikrət Qocaya rəngli yubiley keçirəcəklər.
Nazirlərimiz məzə üçün sel qaçqınlarına ayrılan maliyyəni və ərzağı oğurlayırlar. Niyə “məzə üçün” deyirəm, bilirsinizmi? Oğru nazirlərimiz o qədər yığıblar ki, heç milyonlara da ehtiyacları yoxdu. Sadəcə, qoy zülm camaatın başını qatsın. Fövqəladə paltarı geyib evsiz-eşiksiz camaatın gözü qabağında qaçdı-tutdu oynayırlar. Biri deyir, sən oğurladın, o biri deyir, anbara girən sən idin. Axırda da yığılıb gülə-gülə Qəbələdə caza qulaq asmağa gedirlər.