İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni bələdiyyə sədri keçmiş sədrin maaşını verməyib - məhkəmə işi

447 17.04.2020 14:02 Son xəbər A A

Zərdab bələdiyyəsinin sədri olmuş Yusif Əliyev maaşını ala bilmədiyi üçün məhkəməyə müraciət edib.

Musavat.com xəbər verir ki, Yusif Əliyev Zərdab rayon Dəli Quşçu kəndinin bələdiyyəsi olub. 2015-2018-ci illər arasında bələdiyyə sədri, sonrakı 9 ayda isə sədr müavini vəzifəsində çalışıb.

İndi də vaxtilə rəhbərlik etdiyi quruma qarşı şikayətçidir və məhkəmədə bununla bağlı iddia qaldırıb.

Yusif Əliyev hazırda Suraxanı Qaz İstismar İdarəsində mühafizəçi kimi çalışır.

Məhkəməyə müraciət edən Y.Əliyev iddia edir ki, sədr müavini olduğu dövr üçün maaşını ala bilməyib.

Sədr müavini kimi aylıq 135 manat maaş aldığını deyən Y.Əliyev bildirir ki, hazırda ona 7 aylıq əməkhaqqısı ödənməlidir. Y.Əliyev məhkəməyə bildirib ki, yeni sədr onun maaşını ödəmək istəmir.

Dəli Quşçu bələdiyyəsindən iddiaya cavab olaraq məhkəmədə bildirilib ki, Yusif Əliyev müavin seçilməsindən sonra işə gəlmirmiş. Buna görə də ona maaş verilməyib.

"2018-ci ilin aprel ayına qədər olan maaşı ödənilib. Bələdiyyənin ona əməkhaqqı borcu yoxdur. İşə gəlmədiyi, bələdiyyənin fəaliyyətində və iclaslarında iştirak etmədiyi halda, əməkhaqqı tələb etməsi də əsassızdır”- deyə bələdiyyə nümayəndəsi məhkəmədə söyləyib.

Amma Yusif Əliyev deyilənlərlə razılaşmayıb.

Bildirib ki, ona nə bələdiyyədən işdən çıxarılması, nə də əməkhaqqı hesablanmaması ilə bağlı məlumat verilməyib.

O, yeni sədr tərəfindən iclaslara çağırılmadığını söyləyib.

Y.Əliyevin şikayətinə Zərdab Rayon Məhkəməsində baxılıb. Məhkəmə onun şikayətini təmin etməyib.

Məhkəmə qərarından narazı qalan Y.Əliyev apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsi ona 5 aylıq maaşının ödənilməsi ilə bağlı qərar çıxarıb.

İ.Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR