Yəməndəki əməliyyatın dayandırılmasının səbəbi açıqlandı
Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiyanın hərbi əməliyyatı dayandırmasına Yəmənin devrilmiş prezidenti Əbdu Rəbbu Mənsur Hadinin xahişi səbəb olub. Musavat.com RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Ər-Riyadda koalisiya komandanlığının nümayəndəsi Əhməd əl-Əsiri bildirib.
"Əməliyyat prezident Hadinin və Yəmənin qanuni hökumətinin xahişi ilə dayandırılıb", - o, deyib.
Əhməd əl-Əsirinin sözlərinə görə, koalisiya bundan sonra da husilərin irəliləməsinə mane olmaqda davam edəcək.
Qeyd edək ki, Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya Yəməndəki əməliyyatın dayandırıldığını və qarşıya qoyulmuş hədəflərə çatıldığını bəyan edib.
Musavat.com






