İnsanlara hürriyət, millətlərə istiqlal!

Yəmən humanitar fəlakət qarşısındadır - 7 milyondan çox insan aclıq çəkir

317 21.09.2021 16:29 Son xəbər A A

Yəməndə 7,6 milyon insan xroniki qida çatışmazlığından (destrofiya) əziyyət çəkir ki, bu da onların ağır infeksion xəstəliklərə düçar olması üçün münbit şərait yaradır.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin humanitar məsələlərin koordinasiyası idarəsi məlumat yayıb. İdarənin hazırladığı hesabatda deyilir ki, Yəməndə aclıq çəkən 7,6 milyon insanın 2,3 milyonu uşaq, 1,2 milyonu hamilə qadınlardı. Qida çatışmazlığı və keyfiyyətsiz ərzaqla qidalanmaq xəstəliklər yaradıb və bu insanların təcili olaraq tibbi yardıma ehtiyacları var. Yəmənin 333 şəhəri var ki, bunlardan da yalnız 67-də xəstəxana mövcuddur. Ümumilikdə 22 milyon yəmənliyə tibbi yardım göstərilmir.

Bu ölkədə 2015-ci ildən davam edən hərbi əməliyyatlar nəticəsində hava və dəniz limanları fəaliyyətlərini dayandırıb və ölkəyə humanitar yardım çatdırmaq olmur. İdarə bildirib ki, Yəmən humanitar fəlakət qarşısındadır. Dünya dövlətləri təcili olaraq yəmənlilərə yardım göstərməlidirlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR