İnsanlara hürriyət, millətlərə istiqlal!

Yelena Zelenskayanın vəziyyəti pisləşdi: onu xəstəxanaya apardılar

884 16.06.2020 18:27 Dünya A A

Ukrayna prezidenti VladimirZelenskinin xanımı Yelena Zelenskayanın vəziyyəti pisləşib və buna görə həkimlər onun xəstəxana şəraitində müalicə etmək qərarına gəliblər.

Xatırladaq ki, bir neçə gün bundan qabaq xanım Zelenskayada koronavirus testinin pozitiv çıxdığı barədə xəbər rəsmi mənbələr tərəfindən də təsdiqlənmişdi.

Hazırda xəstəlik ölkənin birinci ledisində ikitərəfli pnevmoniyaya keçib: “Yelena Zelenskyaya orta ağırlı ikitərəfli poliseqmentar sətəlcəm diaqnozu qoyulub. Hələ ki, onu tənəffüs aparatına qoşmayıblar. Xanım Zelenskayanın vəziyyəti sabitdir”,-deyə ölkə başçısının “Facebook” səhifəsində bildirilib.

Qeyd olunub ki, bu vaxta qədər, Y.Zelenskaya həkimlərin nəzarəti altında ambulator şəraitdə müalicə olunurdu. Prezident və onun övladlarının koronavirus testləri mənfi çıxıb.

Həyat yoldaşında COVİD-19 virusunun aşkarlanması ilə əlaqədar Ukrayna lideri xüsusi iş rejiminə keçərək, birbaşa təmas və kütləvi tədbirlərdən imtina edib.

V.Zelenskinin dövlət qurumları ilə iclasları onlayn rejimdə həyata keçirilir. Ukrayna rəhbərinin canlı təmasda olduğu şəxslərin dairəsi mühafizə və ən yaxın köməkçilərə qədər daraldılıb. 

Ötən həftə Urkyana mediası prezidentin ofisində koronavirusun peyda olduğunu bildirib. Mətbuat bu yaxınlarda Parisdə rəsmi səfərdə olan Ukraynanın Müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası naziri Aleksey Reznikov, prezidentin müşaviri Ruslan Demçenkoda bədnam virusun aşkarlındığını yaymışdı. Lakin sonradan Ruslan Demçenko nümayəndə heyətinin bütün üzvlərinnin test nəticələrini mənfi çıxdığını xəbər edib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR