İnsanlara hürriyət, millətlərə istiqlal!

Yekaterinburqda azərbaycanlıların kriminal yığıncağının qarşısı alınıb

1219 31.03.2016 09:29 Son xəbər A A
Yekaterinburqda Azərbaycan vətəndaşlarının kriminal yığıncağının qarşısı alınıb. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, martın 30-u gecə saatlarında Rusiya Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (MCMİ) və Federal Təhlükəsizlik Xidmətinin əməliyyatçıları Yekaterinburqdakı Kosmonavtlar prospektində yerləşən kafedə əməliyyat keçirib.

Əməliyyat nəticəsində kafedə olan 160-dan çox adam saxlanılıb. Saxlanılanların əksəriyyəti Azərbaycan vətəndaşıdır. Onlar yaşadıqları Sverdlovsk vilayətindən, Permdən və Rusiyanın digər şəhərlərindən Yekaterinburqa gəlib. Saxlanılanların hamısı MCMİ-yə aparılıb.

"Xüsusi əməliyyatın həyata keçirildiyi kafeyə baxış zamanı əməliyyatçılar ilkin məlumatlara görə, saxta olan böyük miqdarda spirtli içki aşkarlamış və müsadirə etmişdir", - deyə Rusiya DİN-in Sverdlovsk vilayəti üzrə Baş İdarəsinin mətbuat katibi Valeri Qorelıx bildirib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, toplantı Azərbaycan diasporunun maliyyə axınlarına nəzarəti ələ keçirmək istəyən Ağayar adlı avtoritetlərdən birinin doğum günü adı altında keçirilib. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR