İnsanlara hürriyət, millətlərə istiqlal!

Yəhudi fenomeni - var-dövlətini başında gəzdirən xalq dostumuzmu – araşdırma

20245 04.11.2016 13:36 Siyasət A A
Bəri başdan deyim ki, bu yazıda səslənən fikirlərin əksəriyyəti yəhudilərə məxsusdur. Ona görə də kimsə məni yəhudi düşmənçiliyində ittiham etməyə tələsməsin. Bütövlükdə yəhudilərə münasibətim müsbətdir. Onların önəmli bir hissəsi intellektualdır. Mənimsə işıqlı adamlara rəğbətim var.

Beləliklə, yəhudilər milli bayramlarında nələrdən danışırlar? 

Yəhudi yazar bu suala belə cavab verir: ”Söhbətin məğzi belə olur ki, onlar bizi öldürmək istəyirdi. Ancaq biz qalib gəldik. İndi isə süfrəmizdəkiləri nuş edək”.  (“Onlar” deyəndə yəhudilər az qala bütün dünya xalqlarını nəzərdə tuturlar -Elbəyi Həsənli.) 

Belə bir girişdən sonra yəhudi yazar sual edir ki, nədən anti-semitizm (yəhudi əleyhdarlığı, yəhudi düşmənçiliyi — İudaizm dininə, yəhudi mədəniyyətinə və ya millətinə qarşı düşmənçilik – E.H.) dünyanın bir çox ölkələrində və müxtəlif bəhanələrlə əsrlər boyu davam edib? Bu cür ciddi sualdan sonra yəhudi yumoruna ağlasığmaz keçid edilir və bir yəhudi misalı xatırladılır: “Əgər biri sizə uzunqulaq deyirsə, buna önəm verməyin, yox, əgər ikinci adam da sizi uzunqulaq adlandırdısa, onda özünüzə palan almaq haqqında düşünməlisiz”.
Yəhudilərə məxsus simpletoremember.com saytı daha sonra yazır: “250-ci illə 1948-ci il arasındakı 1700 il ərzində Avropanın müxtəlif ölkələrində yəhudilərə qarşı 80-dən çox partlayış olub. Bu isə orta hesabla hər 21 ildən bir oxşar hadisələrin təkrarlanması deməkdir. Yəhudilər İngiltərə, Fransa, Avstriya, Almaniya, Litva, İspaniya, Portuqaliya, Bohemia (Avstriyanın yaxınlığında mövcud olmuş Avropa ölkəsi), Morovia (hazırkı Çex Respublikası ərazində mövcud olmuş ölkə) və üstəgəl daha 71 ölkədən qovulublar”.

Yəhudilərə görə, tarixçilər dünya xalqları arasında yəhudilərə olan nifrətin səbəbini aşağıdakı təsnifata əsasən sıralayırlar:

İqtisadi səbəbdən: “Biz yəhudilərə ona görə nifrət edirik ki, onlar çox var-dövlətə və gücə sahibdir”.

Seçilmiş xalq olduqlarına görə: “Biz yəhudilərə ona görə nifrət edirik ki, onlar ədalı şəkildə seçilmiş xalq olduqlarını iddia edirlər”.

Yəhudilər “günah keçisi” rolunda: “Bizim üçün yəhudiləri digər qruplardan ayırıb, mövcud problemlərə görə ittiham etmək daha münasibdir”.

Allahın ( əslində İsa peyğəmbər nəzərdə tutulur) qatilləri: “Biz yəhudilərə ona görə nifrət edirik ki, onlar İsanı öldürüblər”.

Yabançıdırlar: “Biz yəhudilərə ona görə nifrət edirik ki, onlar bizdən fərqlidir”. (Bizdən olmayanları (bizə oxşamayanları) xoşlamarıq) 

İrqi nəzəriyyə: “Biz yəhudilərə ona görə nifrət edirik ki, onlar ən aşağı irqi təmsil edirlər”.
Göründüyü kimi, yəhudilər özləri ilə bağlı ən xoşagəlməz iddiaları belə dilə gətirməkdən və onlara cavab verməkdən çəkinmirlər. Yuxarıda sadalanan ittihamları da asanlıqla alt-üst edən arqumentlər ortaya qoyurlar…

Osmanlı İmperatorluğu və yəhudilər 


Image result for İsaq Zartafi

Avropada Grand Turco (Büyük Türk)  kimi tanınan Fateh Sultan Məhməd ( 1432 – 1481) cəmi 21 yaşında min illik Bizans imperiyasına son verdi. O, İstanbulun fəthindən sonra Avropada zülmə məruz qalan yəhudiləri Osmanlı torpaqlarına köç etməyə dəvət edir. Ədirnə baş hahamı (dini rütbədir) İsaq Zartafi də Güney Almaniyada yəhudilərə edilən zülmlərdən sonra qaçaraq Osmanlı dövlətinə sığınır. 

Haham müxtəlif ölkələrin təzyiqi altında yaşayan yəhudilərə Osmanlı dövlətinin hakimiyyəti altında olan ərazilərə köçmələrini tövsiyyə edən məktub yazır: “Almaniyadakı qardaşlarmızın ölümdən də betər durumda olduqlarını öyrəndim. Onu da öyrəndim ki, orada despot qərarlar əsasında işgəncələr, sürgün edilmələr adi bir hal alıb. Mənə dediklərinə görə, yağışdan qaçarkən doluya tuş gəlirlər. Zalımlar onlara əzab-əziyyət verərək hər gün zorla vergi yığırlar. Saxta papazlar, ruhanilər və keşişlər Allahın bu məzlum xalqına qarşı birləşiblər... Hətta Şərqə gedən xristian gəmisinə minən bir yəhudini dənizə atmaq üçün öz aralarında qərar da çıxarıblar…

Image result for Osmanlı
 
Tanrının bərəkəti və gözəlliklərilə bol olan türk torpaqlarına gəldim və burada rahatlıq tapdım. Türk yurdu sizin də rahat yaşayacağınız ölkədir…Yaşadığınız ölkədən köçüb buraya gəlməlisiniz. Burada, türklərin torpağında sizin narahatçılığınıza səbəb olacaq heç bir şey yoxdur. Böyük nemətlər əldə edirik, qızıl və gümüş əlimizdədir. Ağır vergi vermirik, ticarətimiz sərbəst və yolunda gedir. Hər şey ucuz və boldur. Hər kəs sülh və firavanlıq içərisində yaşayır. Türklər tolerant insanlardır. Qardaşlarım, oyanın, işə başlayın, bizə qoşulun. Xristianlardansa müsəlmanların hakimiyyəti altında yaşamaq daha yaxşı deyilmi?”…

Yəhudi fenomeni


ABŞ-ın 325 milyon əhalisi var. Ölkədə yəhudilərin sayı əhalinin cəmi 2 faizinə bərabərdir. Yəni, Amerikada 6,5 milyon nəfər yəhudi yaşayır. Heç İsraildə bu qədər yəhudi yoxdur.... Ancaq bu faktdır ki, Amerika yəhudiləri yerli etnik qruplar arasında aparıcı sahələrdə dominantlıq edir.


Var-dövlətin başında gəzdirən millət 

Image result for Steven Silbiger

Steven Silbiger

Özü də yəhudi olan Steven Silbiger "The Jewish Phenomenon" (Yəhudi fenomeni) əsərində bu kimi incə mətləblərdən söhbət açır. O, yəhudilərin uğur qazanmasının əsas səbəbini bir sıra amillərlə bağlayır. Həmin sırada olan amillərin dördünü xüsusi ilə vurğulamaq istərdim.

1) Bunu başa düşmək lazımdır ki, həqiqi var-dövlət (başda) daşınan var-dövlətdir. Bu var-dövlətin adı bilgidir. 

(Bu məqamın ortaya çıxmasının səbəbini yuxarıda vurğuladıq. Yəni, yəhudiləri dünyanın hər yerindən, özü də mütəmadi şəkildə qovurdular. Çox vaxt yəhudilər gecə ilə hər şeylərini atıb canlarını qurtarmaq üçün qaçırdılar. Ev-eşik, təsərrüfat, pul-para bir gecənin içində əldən çıxırdı. Yad bir mühitdə yenidən uğur qazanmaq üçün başda olan bilgilər son dərəcə önəmli rola oynayırdı.)

2) Uğur qazanan insanlar peşəkarlar və iş adamlarıdır.

3) Fərdi inkişafa və kreativ olmağa canatma…

4) Özününkülərə (yəhudilərə) dəstək ver ki, onlar da nə vaxtsa sənə dəstək verəcəklər…

Steven Silbiger öz kitabında fəxrlə yazır ki...

Image result for forbes


-“Forbes” jurnalının versiyasına görə ABŞ-ın 400 ən varlı adamının ilk 40 nəfərinin 40 faizi yəhudidir...

-Amerikadakı multimilyonçuların üçdən biri yəhudidir.

-ABŞ-ın aparıcı universitetlərində professorların 20 faizini yəhudilər təşkil edir.

-Nyu York və Vaşinqtondakı aparıcı hüquq firmalarının 40 faizi yəhudilərin əlidə.

- Elmi araşdırmalara görə Nobel mükafatı alan amerikalıların 30 faizi, bütövlükdə isə Nobel mükafatı alan amerikalıların 25 faizi yəhudidir...

“Amerika yəhudilərin nəzarəti altındadır”


Başına 25 milyon dollar mükafat vəd olunmuş "Əl-Qaidə" təşkilatının hazırkı lideri Ayman əl Zəvahiri hələ uzaq 1998-ci ildə yəhudilərin ABŞ-dakı nüfuzu haqqında belə deyib: "Amerika hazırda yəhudilərin nəzarəti altındadır, media da, seçkilər də, iqtisadiyyat da, siyasət də onların əlindədir..."

İranlı iş admı: ”Ona görə adımı yəhudi adına dəyişdim ki…”


İranlı Arya-nın bu məsələ ilə bağlı yanaşması da maraqlıdır. O, yəhudilərin Amerikadakı nüfuzu ilə bağlı məqaləsində yazır ki, iran əsilli amerikalı bir gənclə söhbət etdim. Ən yüksək səviyyədə təhsili var. İşi də əladır. Adam adını yəhudi adına dəyişib. Səbəbi ilə maraqlandım. Dedi ki, mənim müştərilərim varlı adamlardır. Varlıların da çoxu yəhudidir. Yəhudi adı daşıdıqdan sonra onlarla anlaşmaq daha asandır...

Image result for Araplar

15 milyon yəhudi 450 milyon ərəbi necə ovsunlayıb? 


Yer üzündə cəmi 14-14,5 milyon yəhudi yaşayır. Müqayisə üçün deyim ki, dünyada 430-450 milyon arası ərəb var. Ancaq ərəblər hələ ki, böyük hesabla bu balaca xalqa uduzur. Fələstin məsələsinə yanaşmada bu üstünlük aydın görünür. Yəhudilərə uduzan yalnız ərəblərmi?


Heç Ford da yəhudilərlə bacarmadı


Avtomobil istehsalçısı, "Ford Motor Company" şirkətinin əfsanəvi sahibi Henri Ford əmin idi ki, yəhudilər dünya iqtisadiyyatını ələ keçiriblər. O, bu işə aydınlıq gətirmək üçün 1924-cü ildə araşdırma mərkəzi yaratdı. Bu işə milyonlarla dollar xərclədi. Amma araşdırıcılar elə bir uğur qazanmadı. Ortaya ciddi arqumentlər qoyulmadı. Təbii ki, bu da səbəbsiz deyildi...


“Nədən yəhudilər və ərəblər (eləcə də müsəlmanlar) bir-birinə nifrət edir? ”


Yəhudilərə məxsus nüfuzlu “gotquestions.org” saytının bu suala cavabında maraqlı məqamlar var. Qeyd olunur ki, heç də bütün ərəblər (müsəlmanlar) yəhudilərə nifrət etmirlər, ortada tarixdən gələn stereotiplər var. Ancaq qarşılıqlı nifrətin olmasını da inkar etmək mümkün deyil…

Image result for İbrahim peyğəmbər


İbrahim peyğəmbər dönəmindən başlayan ədavət


Sayt Bibliyaya istinadən qeyd edir ki, ərəblərlə yəhudilər arasındakı münasibətlərin tarixi İbrahim peyğəmbərin dönəmindən başlayır. Dini izahata görə yəhudilər İbrahim peyğəmbərin oğlu İshaqın törəmələridir. (İshaq haqqında  peyğəmbər kimi Qurani-Kərimdə də bəhs olunur. İslam mənbələrinə görə, İshaq İsmayıldən 5 il sonra Şamda dünyaya gəlib. Anası Sara İbrahimin rəsmi zövcəsi və xalası qızı olub. Maraqlıdır ki, Bibliyada bu ögey qardaşlar arasındakı yaş fərqi 23 il kimi qeyd olunur). Ərəblər isə İbrahim peyğəmbərin böyük oğlu İsmayılın törəmələridir. O, qulluqçu qadın Həcərin bətnindən dünyaya gəlmişdi. Sayt yazır ki, Sara ilə Həcər arasında xoş olmayan münasibətlər qardaş olan İsmayıl ilə İsaqın münasibətlərinə də sirayət etmişdi. Sonda Saranın təkidi ilə İbrahim peyğəmbər  Həcəri və İsmayılı sürgünə göndərdi…

Image result for Quranda yəhudilər

“Quran”a görə müsəlmanlar yəhudilərlə necə davranmalıdır?


Müsəlmanlar yəhudilərlə necə münasibət bəsləməlidir? Sayt qeyd edir ki, Quranda bu məsələ ilə bağlı iki məqam var. Birincidə Allah müsəlmanlara əmr edir ki, yəhudilərlə qardaş olun. İkinci məqamda isə Allah müsəlmanlara buyurur ki, əgər yəhudilər islamı qəbul etməsələr, onlara hücum edin. 


İsmayılmı, İshaqmı? 


Qədim İbri əlyazmalarında İshaq peyğəmbərə üstünlük verilir. Quranda isə tam əksinə. İsmayıl önə çıxarılır. Bibliyaya görə İbrahim sonra peyğəmbər olacaq oğlu İshaqı Allaha qurban verməliymiş. Quranda isə eyni hadisə İsmayılla bağlı nəql olunur. Hələ də İsmayılın, yoxsa İsaqın İbrahimin əsas varisi olması məsələsi ilahiyyatçılar və tarixçilər tərəfindən müzakirə olunmaqdadır…


Ərəblərlə yəhudilərin qan birliyi


Yəhudilər onu da yazırlar ki, Yaxın Şərqdə yaşayan yəhudilərlə ərəblərin genetik materialının 40 faizi eynidir. Təbii ki, bu təsadüfi deyil. Onların hər ikisi Sami xalqları kimi tanıyır. Dilləri də Sami dilləri (Hami-Sami dilləri ailəsi) qrupuna daxildir. 

Image result for Hami-Sami


Bin Laden: ”Ərəblərlə yəhudilər arasında müharibə qaçılmazdır”


Image result for Bin landen

1989-cu ildə "Əl-Qaidə" təşkilatını yaradan Üsamə Bin Laden müsəlmanlara müraciətində dəfələrlə yəhudilərin əleyhinə fikirlər səsləndirib. Yəhudi mənbələri qeyd edir ki, bin Laden özünü Məhəmməd peyğəmbərin davamçısı hesab edirdi və çıxışlarında peyğəmbərin dediklərini misal olaraq ortaya qoyurdu. Məsələn, o, qeyd edirdi ki, peyğəmbər öncə Mədinədə 3 yəhudi tayfası ilə xoş münasibətdə idi. Ancaq sonra o, yəhudiləri Mədinədən qovdu. Çünki yəhudilər bir sıra dini məsələlərdə peyğəmbərə qarşı çıxdılar. Xüsusən, qiblə məsələsində yəhudilərlə müsəlmanların fikirləri haçalandı…

Bin Laden iki hədisi daha çox vurğulayardı. Birinci hədisin bir yerində deyilir ki, ağac səs salıb “yəhudi mənim arxamda gizlənib”, söyləyirsə müsəlmanlar həmin yəhudini tapıb öldürməlidir. İkinci hədisdə isə deyilir ki, daşların dalında gizlənən yəhudiləri müsəlmanlar aşkara çıxarıb, qətl edəcəklər….

Bin Laden 1998-ci ildə verdiyi müsahibədə isə belə deyib: “Bizimlə (ərəblərlə) yəhudilər arasındakı düşmənçilik qədim zamanlara söykənir və dərin kökləri var. Bu, mübahisə doğurmayacaq bir həqiqətdir ki, ərəblərlə yəhudilər arasında müharibə qaçılmazdır”.


Hitler nədən yəhudilərə nifrət edirdi? 

Image result for Hitler yəhudilər


Hitler əslən avstriyalıdır. Onun doğulub böyüdüyü zamanlarda paytaxt Vyanada antisemitizm geniş vüsət almışdı. Yəhudilərə olan nifrət hissi uşaqlıqdan onun ruhuna hopmuşdu. Hitler  və faşistlər yəhudiləri “günah keçisi” rolunda xalqa təqdim edirdi. Onlar deyirdilər ki, Almaniya I Dünya Müharibəsini yəhudilərin xəyanətinə görə uduzdu. Almaniyada yaşanan iqtisadi böhranın da əsas səbəbkarı yəhudilərdir. Əlbəttə, bu kimi iddiaların ciddi əsası yox idi. Ancaq faşizmin təbliğat maşını o qədər keyfiyyətlə işləyirdi ki, alman xalqı Hitlerin bu kimi iddialarına səmimi olaraq inanırdı. Almanlar ona da inanırdı ki, onlar Hitlerin dediyi kimi, “ari irqi”nə məxsusdur. Yəhudilər isə ən aşağı irqin təmsilçisidir. Ona görə də onları qarışqa kimi tapdalamaq olar…

Image result for Hitler yəhudilər

Almaniyada Nasist partiyası istisna olmaqla bütün siyasi partiyaların fəaliyyəti dayandırıldı. Hitlerin böyük səyləri nəticəsində Almaniyada terrorçu avtoritar faşist diktaturası bərqərar oldu. Hitler antisemitizmi dövlət siyasətinə çevirdi. 1933-cü ilin yazından yəhudilərə məxsus müəssisələrin boykot edilməsinə başlanıldı. 1935-ci ildə yəhudiləri alman vətəndaşlığından məhrum edən və onların dövlət aparatında hər hansı vəzifə tutmalarını qadağan edən bir sıra qanunlar qəbul edildi. Daha sonra isə yəhudilərə açıq şəkildə divan tutuldu. Faşistlər milyonlarla yəhudini (bəzi mənbələrə görə, 6-7 milyon arası) məhz yəhudi olduğuna görə məhv etdi.


Hitlerin pasport verdiyi yəhudilər…


Bir məqamı da qeyd edim. Hitler yəhudilərə nə qədər nifrət etsə də, onun göstərişi ilə 100 nəfərə yaxın yəhudi mütəxəssisə Almaniya pasportu verilmişdi. Çünki həmin mütəxəssisləri əvəz etmək sadəcə mümkün deyildi və Hitler bu reallıqla razılaşmaq zorunda qalmışdı… 

Əhmədinejad Holokostu uydurma hesab edir

Image result for Əhmədinejad


2009-cu ildə İranın o vaxtki prezidenti Mahmud Əhmədinejad Holokostu uydurma və İsrail dövləti qurmaq üçün saxta bəhanə adlandırdı: “Yəhudi soyqırımı deyə bir şey uydurdular. Bu, yəhudiləri Fələstinə yerləşdirmək üçün uydurulmuş yalandır. İndi yəhudi soyqırımı əfsanəsi (Qərbdə) Allahdan, dindən və peyğəmbərlərdən üstün tutulur”. 

Həmən Vaşinqton, Berlin və London Əhmədinejadın çıxışını ittiham etdi. Ağ evin o vaxtkı nümayəndəsi Robert Qibbs dedi ki, İran prezidentinin bu bəyanatı ölkəni daha da tədric vəziyyətə salacaq. O da maraqlıdır ki, cənab Əhmədinejadın yerinə seçilmiş prezident Həsən Ruhani bu kimi çıxışların “nifrətdən qaynaqlandığını” vurğuladı. Ancaq Mahmud Əhmədinejad öz fikrində təkid etdi. O, bildirdi ki, bu bəyanatla yəhudi soyqırımının yalan olması fikri ilk dəfə dünya çapında gündəmə oturdu. Hələ orası da var ki, yəhudilərə nə ediblərsə,  Avropada ediblər. Bunun əvəzində Fələstindəki müsəlmanlara zülm etməyin heç bir məntiqi əsası ola bilməz…

Dünyanın bir çox ölkələrində Holokost mübahisəsini açmaq belə qadağandır. ABŞ-dakı “nifrət qanunları”na görə yəhudi soyqırımını müzakirə etmək cəmiyyətdəki nifrəti artırdığına görə bu mövzunu müzakirə etmək qadağan olunub.

Avropada isə ingilis yazıçı David İrving yəhudi soyqırımının çox böyük ölçülü olmadığını, ölənlərin çoxunun xəstəlikdən öldüyünü söyləyib, Almaniyanın heç bir düşərgəsində qaz otaqlarının tapılmadığını dediyinə görə onu 3 il müddətinə həbsə məhkum ediblər.

“Holokost sənayesi”


Image result for Norman Finkelşteyn

Norman Finkelşteyn

1953-cu il doğumlu Norman Finkelşteyn (Norman Gary Finkelstein) milliyyətcə yəhudidir. Amerikalı siyasi elm adamı, yazıçı və professordur. O, dünyada Holokost (yəhudi soyqırımı) və Fələstin-İsrail münaqişəsi haqdakı fikirləri, mühazirələri və əsərləri ilə məşhurdur. Onun anası və atası II Dünya Müharibəsi dövründə faşistlərin yaratdığı ölüm düşərgəsindən keçiblər. Buna baxmayaraq o, əsərlərində yazır ki, yəhudilər Holokostu bəhanə edərək fələstinlilərə qarşı qətlliam həyata keçirirlər. Onun opponent olan-digər yəhudi əsilli amerikalı alim Alan Dershowitz ilə polemikası dünya səviyyəsində maraqla izlənir. 

Norman Finkelşteiynin  2000-ci ildə çapdan çıxmış “The Holocaust Industry: Reflections on the Exploitation of Jewish Suffering” (Holokost sənayesi) əsəri geniş rezonans doğurdu. Həmin əsrdə vurğulanır ki, yəhudi əsilli amerika yazıçısı  Elie Wiesel və başqaları Holokost xatirələrindən “ideoloji silah” kimi istifadə edirlər. Düşünün ki, bu alim 2006-cı ildə İsrailin Livanı bombalamasından sonra qaçqın düşən insanlarla çadırlarda görüşüb. Bundan qəzəblənən İsrail dövləti onun yəhudi dövlətinə girişinə 10 il qadağa qoyub…

Onun “Al Jazeera” kanalına müsahibəsində də maraqlı məqamlar var.  "ABŞ prezidenti Buş, İran və Şimali Koreya kimi dövlətləri quldur dövləti adlandırır. Sizcə İsrail də bir quldur dövlətidirmi", sualına cavab olaraq alim deyir: “İsrail quldur dövlətdən də betərdir. Ağlını itirib və qudurğan məmləkətə çevrilib. Dünya xalqları sülhə can atır, bunlar isə müharibə arzusundadır…

Onu da qeyd edək ki, Norman Finkelşteyn 2014-2015-ci illərdə Türkiyədə - Sakariyadakı Yaxın Şərq Universitetində dərs deyib…


Haşiyə 

Sual oluna bilər ki, ABŞ-da yəhidi soyqırımını inkar etmək qanunla qadağandır. Elə isə Norman Finkelşteyn bu qadağanı pozur. Nədən o, qanunla ittiham olunmur? Bəli, qanunla bu qadağandır. Ancaq ABŞ demokratik ölkə olduğundan alimlərin öz fikirlərini açıq ifadə etməsinə imkan yaradır. Ancaq bu istisnadır və  müəyyən həddə kimidir. Yəhudilərin bostanına daş atdığına görə ABŞ-da o qədər yüksək vəzifəli şəxs işdən qovulub ki…

Amerika Birləşmiş Ştatlarında yəhudi lobbisinin nə qədər güclü olduğu bəlli faktdır. Bu lobbinin təzyiqi ilə “İsrailin ölü qəlbi” kitabının müəllifi, professor Steven Salaitanı universitetdəki işini itirdi. Və bu kimi faktlar yüzlərlədir…

Amerikalı jurnalist İsraili ittiham edir

Image result for Garry Leech

Garry Leech

Aşağıda vurğuladığım məqamlar isə əsasən amerikalı Garry Leech-ə məxsusdur. O, müstəqil jurnalistdir və 8 kitabın müəllifidir. Dünyanın əksər aparıcı nəşrlərində yazıları ilə çıxış edib. “Antisionizm nədir”, sualına cavab olaraq o, yazır ki, bu, siyasi cərəyandır. Hədəfi Fələstin torpaqlarında yəhudi dövləti qurmaq olub. Bu düşüncəni əsasən Britaniya və ABŞ müdafiə edirdi. Bu sırada digər ingilis dövləti olan Kanada da yer almışdı. Məhz bu dövlətlərin yardımı ilə İsrail dövləti yaradılıb. Sionistlərə görə Allah yəhudilərə müqəddəs torpaqlarda (Fələstində) dövlət qurmaq haqqı verib. Ona görə də yəhudilər ən azı 2 min il ərzində orada yaşayan xalqı görməzdən gəldilər və həmin ərazilərdə etnik təmizləmə əməliyyatı apardılar.

Fələstində-Ərəb dünyasının mərkəzində yəhudi dövləti yaratmaq Avropa müstəmləkəçiliyinin başqa bir formada həyata keçməsindən xəbər verir. Əslində isə Müqəddəs Torpaqlarda bərabər hüquqlara malik müsəlmanlar (ərəblər), xristianlar və yəhudilər bir yerdə yaşamalıydı. Ancaq sionist düşüncə müsəlman və xristianların haqqını pozaraq, yalnız ifrat yəhudi millətçiliyinin təzahürü olan və Qərbin şəkil verdiyi layihəni-İsrail dövlətini ortaya qoydu. 

Tarixi faktlar


Image result for Filistin tarihi

Bu faktdır ki, 1850-ci ildə Fələstində yəhudilər yerli əhalinin yalnız 4 faizini təşkil edirdi. Osmanlı imperiyası dağıldı və Fələstin Britaniyanın müstəmləkəsinə çevrildi. Artıq 1917-ci ildə Fələstində yəhudilərin faizi 11-ə yüksəldi. Elə həmin il Britaniya hökuməti rəsmən elan etdi ki, Fələstində yəhudilər üçün milli ev yaradılması üçün səylərini əsirgəməyəcək…
I Dünya Müharibəsindən sonra türklər geri çəkildi,  Yaxın Şərq Britaniya və Fransanın müstəmləkəsinə çevrildi.  Ancaq  bu uzun sürmədi. II Dünya Müharibəsindən sonra müstəmləkələrdə yaşayan xalqlar azadlığa can atmağa başladılar. Nəticədə Livan (1943), Suriya (1946) Fransadan; İordaniya (1946) Britaniya əsarətindən qurtuldu.  Di gəl ki, Britaniya Fələstinə müstəqillik vermədi. Bu istisnanın məqsədi yəhudi məsələsi ilə bağlı idi. Qərbin arxasında dağ kimi durduğu sionistlər buna imkan vermədi. 

Tarixə “Balfour Declaration” kimi daxil olmuş sənədə əsasən Britaniya və ABŞ Fələstində yəhudi dövlətinin yaradılmasını təmin etməliydi. 1922-ci ildə Britaniyanın nəzarətində olan Fələstində əhalinin yalnız 11 faizini yəhudilər təşkil edirdi. Artıq 1948-ci ildə bu göstərici 32 faizə yüksəldi. 

1947-ci ildə yeni yaradılmış Birləşmiş Millətlər Təşkilatı Fələstin xalqı ilə heç bir məsləhətləşmə aparmadan qərar verdi: Fələstin ərazisinin 56 faizi İsrail yəhudi dövlətinin yaradılmasına ayrıldı. 1948-ci ilin 14 mayında isə İsrail dövləti rəsmən elan olundu…


Faşizmin qurbanları cəllad rolunda 


İsrail tarixçisi İlan Pappe 1949-cu ildə yazırdı ki, İsrail artıq 400-dən çox Fələstin kəndini xaraba qoyub, minlərlə insanı öldürüb. 1 milyondan artıq fələstinlini öz torpaqlarından didərgin salıb. Tarixçi yazırdı ki, Holokost faciəsindən yeni qurtulmuş yəhudilər Fələstində etnik təmizləmə aparır. Fələstinlilər qonşu ərəb ölkələrinə qaçdı. Nəticədə İsrail Fələstinə aid olan ərazilərin 77 faizini öz əlinə keçirdi. Növbəti 3 ildə isə əsasən Avropadan İsrailə 700 min yəhudi köçürüldü. Bu dəfə də Avropa imperializmi yəhudilərin əli ilə müsəlman torpaqlarını işğal etdi…

Image result for Filistin tarihi

1967-ci ildə Suriya, İordaniya və Misir İsrailə qarşı savaşa qalxdı. Amma Qərbin dəstəyinə söykənən yəhudilər ərəbləri pərən-pərən saldı. Fələstinin İsrailin nəzarətindən kənarda qalan 23 faizi də yəhudilərin əlinə keçdi. Yəni,  bötövlükdə Fələstin İsrailin pəncəsinin altına düşdü.

Amerika İsrailin yanında

Image result for USA israel

BMT işə qarışdı. İsrail qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən 242 saylı qərarın BMT-də səsvermədən keçməsinin qarşısını ABŞ veto hüququndan istifadə edərək, aldı. Rəsmi  statistikaya görə, ABŞ İsrail işğalı ilə bağlı BMT-də səsverməyə çıxarılan qərarlara 41 dəfə veto qoyub. Yəni, faktiki hər dəfə BMT-nin qarşısına sədd çəkib…

Yəhudilər fələstinliləri dünyanın ən böyük həbsxanasında saxlayır

Image result for Mahbus ABD

Düzdür, 2005-ci ildə İsrail dünya ictimaiyyətinin təkidli təzyiqi ilə Qəzzadan öz qoşunlarını çıxardı. Ancaq Qəzzaya nəzarət yenə də yəhudilərin əlindədir. Bir çox analitiklər qeyd edirlər ki, dünyanın ən böyük açıq həbsxanası hesab olunan Qəzzada 1.8 milyon insan yəhudilərin silahlı nəzarəti altındadır.   


Yəhudilər fələstin torpaqlarını necə özəlləşdirdi?


Image result for Filistin tarihi

Bu da faktdır ki, artıq 1 milyon yəhudi İsrailin BMT səviyyəsində tanınan sərhədlərindən kənardakı Fələstin torpaqlarında məskunlaşıblar və bu proses bütün dünyanın gözü qarşısında davam edir…

BMT-nin müxbiri və Cənubi Afrikanın insan hüquqları müdafiəçisi John Dugard yazır ki, İsrailin Fələstində törətdiyi cinayətlər aparteid rejiminin Cənubi Afrikada törtdiklərindən daha dəhşətlidir…


Yəhudilər 5 milyon fələstinlini vətənindən didərgin salıb


Düşünün ki, bu gün 5 milyon fələstinli qaçqın şəhərçiklərində yaşayır. Qərb Sahilindəki (West Bank) al-Amari qaçqın düşərgəsində 1 kv.km-də 10 min fələstinli yaşayır. Düşünün ki, dünyanın ən nəhəng şəhərlərindən olan Nyu-Yorkun mərkəzində də belə sıxlıq qeydə alınmayıb…

Və İsrail işğalına qarşı ayağa qalxmış fələstinlilərə Qərb utanıb-qızarmadan “terrorçu” damğası vurub…

Qərbdə də yəhudilərə nifrət azalmır


O da maraqlıdır ki, rəsmi dövlət səviyyəsində Qərb ölkələri İsrailin yanındadır, yəhudilərə hər cür dəstək verirlər. Ancaq o da faktdır ki, əksər Qərb ölkələrində, Fransa, Almaniya, hətta ABŞ-ın özündə belə xalq arasında yəhudi düşmənçiliyi geniş yayılıb. Ara-sıra bu nifrətdən qaynaqlanan bu və ya digər cinayətlər haqqında Qərb mətbuatında da xəbərlər dolaşır…

Türklərin yəhudilərə isti münasibəti 


Image result for türkiye İsrail

Burada bir özəlliyi qeyd edərk ki, Azərbaycanın İsrail ilə münasibətləri yüksək səviyyədədir. Elə digər türk dövlətləri ilə də rəsmi Təl-Əvivin isti münasibətləri var. Düzdür, Türkiyə ilə İsrail arasındakı münasibətlər “one minute” qalmaqalından sonra dalana dirəndi. Ancaq bu xoşagəlməz mərhələ arxada qalmaqdadır...

Azərbaycanın isə İsrailə xüsusi münasibətləri var. Və mən bu münasibətləri yüksək dəyərləndirirəm. Ölkəmizin təhlükəsizliyi baxımından bu münasibətlər xüsusi önəm daşıyır. Ermənistana həmişə dəstək olmuş İran rejiminin təbliğatına uyub İsrailə arxa çevirmək bağışlanılmaz səhv olardı…

Bizim yəhudilər



Yəhudilərin azad yaşadığı ölkələr arasında Azərbaycan da var. Xüsusən, Quba rayonda yerləşən  “Qırmızı qəsəbə”  çox məşhurdur.  Həmin qəsəbəni “milyonerlər məhəlləsi” adlandıranlar da var…

Qəsəbədə dəbdəbəli villalar, arxitektura görünüşü ilə fərqlənən qırmızı kərpicdən tikilmiş 3-4 mərtəbəli evlər göz oxşayır. Bu qəsəbədə yəhudiləri yaşayırlar. Tanınmış milyarderlər Qod Nissanov, German Zaxaryayev, Zarah İliyev əslən dağ yəhudiləridirlər və bu qəsəbədə doğulub böyüyüblər. 

Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov da bu qəsəbədə doğulub. Hazırda orada 3 min insan yaşayır.  Əslən dağ yəhudisi olan Albert Aqarunov isə torpaqlarımızın azadlığı uğrunda canından keçib və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. O, Azərbaycanda sevilən insanlardan biridir…


Genosid-yəhudi layihəsi, amma ermənilərin də işinə yaradı…


Image result for Raphael Lemkin

Raphael Lemkin

Sonda onu da vurğulayım ki, “genosid” ifadəsini 1944-cü ildə ortaya atan şəxs Polşa əsilli yəhudi hüquqşünas Raphael Lemkindir. Və təbii ki, ilk olaraq bu ideoloji silahdan yəhudilər yararlandı. Elə İsrail dövləti də bu layihənin nəticəsində ortaya çıxdı…

 Bu conucu dəyərləndirən ermənilər də genosid amilindən Türkiyəyə qarşı istifadə etməyə başladılar. Sonradan Qərb də ermənilərin bu fəallığına dəstək verdi…


Yəhudilərdən öyrəniləsi çox şey var


Image result for israel

Əminəm ki, yəhudilərdən öyrəniləsi çox şey var. Xüsusən, mükəmməl elmi təhsil almaq məsələsində yəhudilər dünya xalqlarına əvəzsiz nümunə ola bilər. Hər sənəti dərindən öyrənmək, hər işə yaradıcı münasibət göstərmək də son dərəcə önəmli keyfiyyətlərdir. Yəhudilərin bir-birinə dəstək verməsi isə ayrıca bir söhbətin mövzusudur. Bu məsələ bizim millət olaraq yaralı yerimizdir. Bu faktdır ki, yəhudilər bir-birlərinə dəstək verdiklərinə görə sonda dünyada söz sahibinə çevrildilər. Məncə, biz də millət olaraq bu kimi amillərə diqqət etməliyik. Dünya gör-götür dünyasıdır…


Elbəyi Həsənli, musavat.com
Sürix



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR